Ada Safari (serb. Ада Сафари) — Serbiyada göl[1]. Göl Ada Siqanliya yarımadasında, Sava çayı ilə Çukar körfəzi arasında yerləşir.[2] Ada Safari gölünü Belqrad şəhərindən 5 km-lik məsafə ayırır[3]. Gölün forması S hərfinə bənzəyir. Ümumi sahəsi 6 hektardır. Orta dərinlik — təxminən 2 metrdir. Göl daha çox idman balıqçılığı üçün istifadə olunur. Göl ətrafı sıx meşəliklə örtülüdür[4].
Ada Safari gölü | |
---|---|
serb. Ада Сафари | |
Ümumi məlumatlar | |
Sahəsi | 0,06 km² |
Orta dərinliyi | 2 m |
Yerləşməsi | |
44°47′33″ şm. e. 20°24′59″ ş. u.HGYO | |
Ölkə | Serbiya |
|
Keçən əsrin əvvəllərinə kimi gölün olduğu ərazidə təbii depresiya ərazisi mövcud idi. Yaz aylarında depresiya bataqlıq əraziyə çevrilirdi. Yerli əhali bataqlığı Savska bara adlandırırdı.
70-ci illərin sonu, 80-cı illərin əvvəllərində bataqlıq tam qurumuş və yerində əyləncə parkı salınmışdır. Sonralar park bağlanmış və yenidən ərazidə bataqlıq formalaşmışdır.
90-cı illərin əvvəlində yenidən Sava çayının yatağı təmizlənmiş və bataqlıq ərazisində göl formalaşmışdı. 1994-cü ildən təmizlənmiş göl Ada Safari adlandırılmışdır.
Göl ətrafında piyada gəzinti üçün yollar mövcuddur. Yollardan il boyu istifadə mümkündür[5]. Göl yaxınlığında uşaqlar üçün teatr meydançayı var. Yay aylarında daha çox turist cəlb edən göl ərazisində restoran fəaliyyət göstərir[6][7].
Göl suyunda əsasən karp, lilbalığı və gümüşü daban balığı üstünlük təşkil edir. Göldə balıq tutmaq üçün xüsusi icazə almaq lazımdır. Populyasiyanı qorumaq üçün göldə balıq tutmağa ciddi nəzarət olunur[8]. Balq tutulduqdan sonra suya buraxılır. Ancaq 5 kq qədər olan balıqları satın almaq mümkündür. Ada Safari Serbiyada ilk göldürki, bu qayda tətbiq olunub.
2007-ci ildən Ada Safari gölündə balıqçılar klubu fəaliyyət göstərir[9].