Adam.az

Adam.azAzərbaycanın ən böyük və ilk elektron peşəkar bioqrafiya saytı.[1]

adam.az
Loqonun şəkli
URL www.adam.az
Tipi bioqrafiya bankı
Dilləri Azərbaycan dili
Sahibi Əziz Elxanoğlu
Açılma tarixi 4 aprel 2008
Hazırkı statusu dekabr 2016-cı ildə bağlanıb
Şüar Azərbaycanın ən böyük elektron bioqrafiya bankı

Qısa məlumat[redaktə | mənbəni redaktə et]

Adam.az saytı Azərbaycanda və onun hüdudlarından kənarda istər müasir dövrümüzdə, istərsə də illər öncə yaşayan tanınmış insanlara, ictimai fəaliyyətlə məşğul olan şəxslərə həsr olunub.

2016-cı ilin dekabr ayında fəaliyyətini dayandırıb.

Əsas məqsədi[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan internetində operativ, daim yenilənən, dolğun "Kim kimdir" mövzulu elektron tipli açıq məlumat bazasını sistemli şəkildə oxucuların istifadəsinə vermək;
  • Keçmişdə Azərbaycan naminə çalışan, lakin adı unudulmuşlar siyahısına düşən insanları axtarıb tapıb saytda yerləşdirmək;
  • Azərbaycanda siyasət, mədəniyyət, iqtisadiyyat və s. sahələrdə çalışan şəxslərin bioqrafiyalarını ictimaiyyətə təqdim etmək.

Əməkdaşlıq[redaktə | mənbəni redaktə et]

Türkiyənin ən böyük bioqrafiya bankı olan www.biyografi.net saytı ilə əməkdaşlıq edib.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • 18-i dekabr 2009-cu ildə "Azərbaycan İnternet Forum"unun təşkil etdiyi "Milli Net 2009" müsabiqəsində birinci yer[2];
  • 17-i may 2010-cu ildə "NETTY 2010" müsabiqəsində birinci yer.[3][4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Haqqımızda
  2. "MİLLİ NET-2009" MÜSABİQƏSİNİN QALİBLƏRİ MƏLUM OLMUŞDUR
  3. "Победители NETTY 2010. / NETTY 2010 qalibləri". 2013-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-09.
  4. "Netty 2010 Milli İnternet mükafatı sahiblərinə təqdim edildi". 2020-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-09.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]