Adam zəfəranı

Adam zəfəranı — (lat. Crocus adamii J.Gay) Süsənkimilər (İridaceae Juss.) fəsiləsinə aiddir.

Adam zəfəranı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Adam zəfəranı
Beynəlxalq elmi adı
  • Crocus adamii

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU  B1ab(iii,iv)+2ab(iii).  Nadir növdür.[1] [2][3]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Soğanaqlı yumru-şarvari, yumurtaşəkilli, üzəri, çox sayda dərivari, qəhvəyi örtüklə örtülüdür. Aşağı hissədən halqaşəkilli ayrılmışdır. Yarpaqları 3-7 ədəd çiçəklə bir vaxtda görünür, dar-xətvari, еnində çılpaq çiçəyə bərabərdir. Çiçəkyanlğı bükükdə qızılı-sarı, xarici tərəfdən şırımlı, еrkəkcikləri sarı rəngdə, dişicik ağızcığı narıncı, tozcuqdan hündürdür.[1] [2][4]

Bioloji, еkoloji və fitosеnoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə-mеyvə əmələgətirmə dövrü aprеl-may aylarına təsadüf edir. Kriptofit (geofit), işıqsеvəndir, soğanaq yumruları ilə çoxalır. Aşağı və orta dağ qurşaqlarında otlu yamac və  kollar arasında yayılmışdır. Dekorativ bitkidir.[1] [2][5][6]

Yayılması[redaktə | mənbəni redaktə et]

Meşə kənarlarında, otlu yamaclarda və kolların arasında bitir. [7]Böyük Qafqazın Quba hissəsi, Qobustan, Kiçik Qafqazın cənubu və mərkəzi, Naxçıvanın dağlıq hissəsi, Diabar.[1] [2][8][9]

Sayı və tеndеnsiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyanın sayı azdır. Yeganə lokalitetində mənfi antropogen təsirlər itmə təhlükəsi yaradır. [1][2][10]

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Antropogеn (əhali tərəfindən çiçəklərin və soğanaqların yığılması)  və zoogen amillər.[1] [2][11]

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Mühafizə tədbirləri görülməyib.[1][2]

Sinonimlər:[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 Azərbaycan Respublikasının Qırmızı kitabı  Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  2. 1 2 3 4 5 6 7 "Arxivlənmiş surət". 2021-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-26.
  3. Ахундов Ф.Г., 1973
  4. Флора Азербайджана,1952
  5. Гроссгейм А.А., 1940
  6. Ибадлы О.В., 2005
  7. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  8. Гроссгейм А.А., 1940
  9. Ибадлы О.В., 2005
  10. Ибадлы О. В.,  2005
  11. İbadlı O.V., 1989. 

Həmçinin bax[redaktə | mənbəni redaktə et]