AMR (Adaptive multi rate) — dəyişən sürətli kodlaşdırma. Danışıq diapazonundakı tezliklərin xüsusi olaraq nəzərdə tutulmuş siqnal səs fayllarının kodlaşdırılma standartı. ETSI (European Telecommunications Standards Institute) standartı. AMR - böyük həcmli şəbəkələrdə nitqin ötürülməsini təmin edir. AMR nitq kodlaşdırma/dekodlaşdırması müxtəlif tezlik sürət dəstlərinə malikdir. Şəraitdən və ya şəbəkənin yükləməsindən asılı olaraq müxtəlif rejimlərə keçməyə imkan verir. İstənilən şəraitdə səsin təmiz ötürülməsini təmin edir.
Aşağıda AMR kodekinin 14 rejimi göstərilmişdir, onlardan 8-ində tam sürət tam mümkündür (full rate, FR) və 6-sında tam sürətli kanal mövcuddur (half rate, HR):
Kodek | Bitreyt (Kbit/s) | Kanal | Uyğunluq |
---|---|---|---|
AMR_12.20 | 12,20 | FR | ETSI GSM enhanced full rate |
AMR_10.20 | 10,20 | FR | |
AMR_7.95 | 7,95 | FR/HR | |
AMR_4.75 | 4.75 | FR/HR | |
AMR_SID | 1.80 | FR/HR |
AMR-NB (Adaptive multi rate narrow band) — AMR-in ensiz zolaqlı variantı olan səsli kodek. 4,5-12,2 kbit/san-ə qədər məlumat axınının sürət dəyişkənliyinə imkan verir.
AMR-WB (Adaptive multi rate wide band) — AMR-ın genişzolaqlı variantı. G.722.2 standartı kimi məlumdur. Format 3G Partnership Project (3GPP) təşkilatı tərəfindən daxil edilmişdir.
C dilində AMR kodekinin icrası 3GPP TS 26.073-də [1] mümkündür. Azad icra əlavələri də mövcuddur: Library of OpenCORE Framework implementation[2], həmçinin başqa kitabxanalar (məsələn, AMR Codecs as Shared Libraries) və AMR (RetroCode, Amr2wav) formatının konverterləri (RetroCode, Amr2wav). Bu format dəstəyi müxtəlif kodeklərlə birlikdə (FFmpeg, ffdshow) mediapleyerlərə (QuickTime, RealPlayer, VLC media player, Media Player Classic, Mplayer) daxil edilmişdir. Nokia və bir sıra başqa firmaların mobil telefonlarında diktofonlar bu formatdan istifadə edir. Nokia firması tərəfindən Nokia telefonlarında saxlanmış diktofon qeydlərini FK-nizdə qulaq asmaq üçün Nokia multimedia pleyer utiliti buraxılmışdır. Həmçinin pulsuz pleyer və AMR fayllarının konverterini hazırlanmışdır - AMR Player[3].