Adi göyək


Adi göyək (lat. Echium vulgare) - Sümürgənkimilər fəsiləsinə aid bitki növü.

Adi göyək
Echium vulgare (flowers).jpg
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

İkiillik bitkidir. Gövdəsi bir və ya bir neçə sayda, sadə və ya yuxarı hissədə budaqlanan, hündürlüyü (20) 30-50 (100) sm, xırda yumşaq bozumtul-ağ tüklüdür. Çiçəkqrupu ensiz və seyrək süpürgəşəkilli, qıvrımlardan ibarətdir. Yarpaqları lansetvari, bir ədəd çıxıntılı orta damarlı, bozumtul və yarımsıxılmış və ya yarımaralı tükcüklüdür, aşağıdakılar çiçəkləmə zamanı solur, kürəkvari-lansetvari, uzunluğu 5-10 sm, eni 8-15 mm-dir, gövdə yarpaqları oturaq lansetvari və ya lansetvari-xətvari, yuxarıdakılar isə zəif enlənmiş qaidəli, iti ucludur. Qıvrımları boş dəstələrə, süpürgə şəklində yığılmışdır, uzunluğu 5-20 sm, eni 5-10 sm-dir. Kasacığın çiçəkləmə zamanı uzunluğu 5-7 mm-dir. Çiçək tacı göybənövşəyi və ya demək olar ki, göy rəngli, enli olmayan zəngşəkillidir. Fındıqçaları üçbölümlü-yumurtvari, boz rəngli, çox və sıx olmayaraq qabarcıqlıdır.[2]

Yayılması[redaktə | mənbəni redaktə et]

BQ Quba sahəsi, Abşeronun rayonlarında aşağı dağ qurşağından orta dağ qurşağına kimi yayılmışdır. Əkin sahələrində alaq, qaya və daşlı sahələrdə, çay ətrafı çınqıllı yerlərdə bitir.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753.C. 1. səh. 139.
  2. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  3. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.