Adi iş günü qısametrajlı sənədli televiziya filmi rejissor Şahmar Qəribli tərəfindən 2002-ci ildə çəkilmişdir. Film Lider televiziyasında istehsal edilmişdir. Film Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir günlük iş qrafikini əks etdirir. Aktyorlar işə gəlir, yeni tamaşaya qızğın məşqlər davam edir və nəhayət tamaşa tamaşaçıların ixtiyarına buraxılır.
Adi iş günü | |
---|---|
Adi iş günü | |
Janr |
sənədli qısametrajlı |
Rejissor | Şahmar Qəribli |
Prodüser | Elman Dadaşoğlu |
Operator | Rüfət Məmmədoğlu |
İstehsalçı | Lider televiziyası ("Azərbaycan" redaksiyası) |
İlk baxış tarixi | 2002 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 5 dəq. |
Ölkə | Azərbaycan |
Dillər | mətnsiz, titrlər azərbaycancadır |
İl | 2002 |
Rəng | rəngli |
Film Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bir günlük iş qrafikini əks etdirir. Aktyorlar işə gəlir, yeni tamaşaya qızğın məşqlər davam edir və nəhayət tamaşa tamaşaçıların ixtiyarına buraxılır.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı XX əsrin 20-ci illərində yaranmış Azərbaycan teatrıdır. Yarandığı ilk illərdə müasirliyə meyl edən, vacib həyatı məsələlərə, cəmiyyətin ağrılı sahələrini qabarıq verən, həmişə bu ənənələri yaşadan yeni yaradıcı nəsl yetişmişdir. Öz isti nəfəsini, ağıl və düşüncəsini, məhəbbətini teatrın inkişafına sərf edən yeni gələn hər nəsil ona yeni təravət gətirmişdir.[1]
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 1989-cu ildə öz tamaşaçılarını indiki- yeni binada qarşıladı. Teatr həmişə olduğu kimi öz ənənəsinə sadiq qalaraq, hər yeni teatr mövsümündə daha maraqlı tamaşalarla geniş tamaşaçı auditoriyasını əhata etdi.
Rejissor: Şahmar Qəribli
Operator: Rüfət Məmmədoğlu
Prodüser: Elman Dadaşoğlu