Adi kərgə (lat. Rhodeus sericeus) — çəkikimilər dəstəsinin nümayəndəsisdir.
Adi kərgə | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Adi kərgə |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Kərgəyə Fransadan tutmuş Neva çayı hövzəsinədək rast gəlmək olar.Qaradəniz hövzəsində, Xəzərdə, Qabırı çayı hövzəsində yaşayır. Kiçik Asiyada da qeydə alınır. Azərbaycan hüdüdlarında Aşağı Kürdə onun bütün qollarında, müxtəlif göl və axmazlarda, eləcə də Soyuqbulaq, Gəncə çaylarında, Həkərinin aşağılarında və Kiçik Qızılağac körfəzində yayılmışdır.
Bədəni hündür, pulcuqları iridir. Yan xətti 4-9 pulcuqdan ibarətdir.Qarın tərəfi qaradır. Uzunluğu 10 sm-ə qədərdir. Bədənin arxa hissəsində ensiz gümüşü zolaq vardır. Cinsi differensiasiya aşkar ifadə olunmasa da, kürütökmə zamanı erkəyin böyürləri və qarnı qövsi-qüzeh rəngi alır, bel və anal üzgəcləri qızarır.[2]
Kərgə durğun və yavaş axan sularda yaşayan şirinsu balığıdır.Planktonyeyəndir,qidasında bitki komponentləri üstünlük təşkil edir.Başqa balıqların ,o sıradan külmə,çəki,kütüm və digər yaz-yay kürütökən növlərinkürüsünü də həvəslə yeyir.Vətəgə əhəmiyyəti yoxdur.Əksinə,plankton obyektləri ilə qidalandığı üçün bəzi vətəgə növləri ilə yem rəqabətinə girir.Kürütökmədən əvvəl toplanma yerlərində sistematik olaraq tutulması tövsiyə edilir.
Cinsi yetkinliyə 2 yaşında çatır, ancaq yetişmiş qonadaları olan biryaşlılara da rast gəlmək olur. Yazda tutulmuş fərdlərin qonadaları cinsi yetkinlik mərhələsində olmuş, əmsalı orta hesabla dişilərdə 14,8-ə, erkəklərdə 5,4-ə çatmışdır. Kürü yumurtaqoyan vasitəsilə ikitaylı ilbizlərin qəlsəmələrinə qoyulur. Kürütökmə zamanı böyük kərgə topluları anadontanın üstünlük təşkil etdiyi sahələrdə müşahidə edilir. 3,3-4,5 sm-lik balıqların mütləq məhsuldarlığı 118-326 kürücük təşkil edir. Böyüməsi intensiv gedir.