Adi qlobularia

Adi qlobulariya (lat. Globularia vulgaris) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağılar fəsiləsinin qlobulariya cinsinə aid bitki növü.

Adi qlobulariya
Globularia vulgaris01.jpg
Elmi təsnifat
Beynəlxalq elmi adı

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. [2][3]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bitkisidir. Kökyanı rozet yarpaqları dərivari, uzunsov, tərs –yumurtavari, 3-5 damarlı, tamkənarlı, üts tərəfdən oyuqlu və ya 3 dişciklidir. Gövdə yarpaqları xırda, ellipsvari-lansetvari, itidir. Çiçək daşıyan gövdələr 2-3, sonuncu başcıqlı; 10-35 sm hündürlükdədir. Başcıqlar 7-8 mm diametrdə, düz dairəvi, sıxdırlar. Kasacıq 4-4,5 mm uzunluqda, üçkünclü – lansetvari dişciklidir. Tac mavi rəngli, 2 1/2 dəfə kasacıqdan uzundur.[4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəklənmə may-iyul, meyvə əmələgətirmə dövrü iyul-avqust aylarına təsadüf edir. Kserofit bitkidir. Orta dağ qurşağında daşlı, əhəngli yerlərdə bitir.[5]

Yayılması[redaktə | mənbəni redaktə et]

Kiçik Qafqazın şimal hissəsidir.(Göygöl rayonu).[5]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

İtmə təhlükəsi altında olan yeganə lokaliteti mövcuddur, populyasiyanın sayı sürətlə azalır.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

İqlim dəyişilməsi, otarılma və tapdalanmadır.[3]

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753.C. 1. səh. 96.
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  3. 1 2 http://redbook.az/?options=project&id=Adi%20qlobularia[ölü keçid]
  4. Гроссгейм А.А., 1949
  5. 1 2 Флора Азербайджан, 1957

Həmçinin bax[redaktə | mənbəni redaktə et]