Soltanquş - Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına düşmüş quş növü, durnakimilər dəstəsinə və sığırçınlar fəsiləsinə daxildir.
Adi soltanquş | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
Ümumi rəngi bənövşəyi çalarlı yaşıltəhər—mavidir. Dimdiyi parlaq qırmızıdır. Quyruğunun alt tərəfi ağdır. Ayaqları və barmaqları uzun, rəngi qırmızıtəhərdir.
Avropa, Asiya, Afrika, Avstraliya, Yeni Zelandiyada yayılıb. Azərbaycanda Lənkəran, Kür-Araz və Samur-Şabran ovalıqlarında geniş yayılıb.
Düzən rayonlarının su hövzələrindəki qamışlıq, yulğunluq yaşayır. Cil, Kələdəhnə, Şilyan, Qarasu və s. göllərin qurudulması nəticəsində yaşayış yerləri xeyli azalıb. Oturaqdır. Gündüz fəal olur. Monoqamdır. Yuvalarını keçilməz qamışlıqlarda qurur. Aprel ayında və mayın əvvəllərində yumurtlayır. Yuvaya 5-9 yumurta qoyur, 24-25 gün kürt yatırlar. Cücələri mayın axırıncı ongünlüyündə müşahidə olunur. Əsasən su bitkilərinin yaşıl hissələri, kökləri və toxumları ilə qidalanırlar.
Qızılağac Dövlət Təbiət Qoruğunda 1976-77-ci illərin şaxtalı qışından sonra 110, 1999-cu ildə 34000, 2007-ci ildə 44000, 2008-ci ilin sərt şaxtalı qışından sonra 2009-cu ildə 23600, Ağgöl Milli Parkında 2006-cı ildə 13000 fərdi qeydə alınıb. Mahmudçala-Ağçala, Sarısu və Qızılqaz göllərində də çoxsaylıdır.
Qızılağac Dövlət Təbiət Qoruğu, Ağgöl, Şirvan və Abşeron Milli Parkları, su-bataqlıq sahələrində yasaqlıqlar təşkil edilib. Azərbaycanın Qırmızı kitabına (1989), Ramsar və Bern konvensiyalarına daxil edilib.