Adi subirəsi

Adi subirəsi (lat. Daphnia pulex) subirəsi və ya dafniya (lat. Daphnia) cinsinə aid növ.

Adi subirəsi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımsinif:
Dəstəüstü:
Dəstə:
Fəsilə:
???:
Adi subirəsi
Beynəlxalq elmi adı

Morfoloji quruluşu

[redaktə | mənbəni redaktə et]

Dişi fərdin uzunluğu 1,4–4,0, erkəyinki isə 0,9–1,5 mm -dir. Dişi fərdin çanağı oval formada olub, yan tilləri yoxdur, quyruq iynəsi qismən uzundur. Çanağın arxa hissəsi və quyruq iynəsi tikanlı çıxıntılarla örtülmü.dür. Baş qıs lateral til ilə təchiz olunmuşdur. Baş zirehi çanağa söykənir və çıxıq əmələ gətirir. Rostrum uzanmış və itidir. Ön antenaları qısa olub, rostrumun qurtaracağına çatır. Uzanmış və yuxarı kənarı azacıq qabarmış postabdomenin üzərində 12–18 ədədə qədər dişçik yerləşir. Abdomen caynağının əyilmiş kənarı boyunca 12–14 ədəd nazik tükcüklərdən ibarət olan bazal daraq yerləşir.Erkək fərd dişidən çanağın rombvari və bel kənarının düz olması ilə fərqlənir. Rostrum çox qısa və kütdür. Ön antennaların oturacaqları uzun və azacıq əyilmişdir. Onun qurtaracağındaestetacklar və qamçı yerləşir. Qamçı 2 buğumludur. Abdomen çıxıntısi barmaqvari olub, səthini çərgəyə düzülmüş tükcüklər örtür[2].

Bu növə dünyanın bütün sularında rast gəlinir. Naxçıvan MR-nın Adilağa, Xıncov, Qanlıgöl, Batabat, Salvardı, Dəstəgöl, Qaraxanbəyli göllərində, Uzunoba su anbarında, Şahbuz və Biçənək yaxınlığında olan su tutarlarında, Kiçik qafqazın sarımsaqlı, Cifligöl, Ayıtələsi və Göy-göl göllərində, Qax rayonunun Muran gölündə, İsmayıllı rayonundakı Qaragöldə, Şamaxı, Göyçay, Astara, Lənkəran və Masallı rayonlarının şirin sularında geniş yayılmışdır.

Evritop növ olub, şimal və orta en dairələrində yerləşən kiçik su hövzələrində, cənubda isə göl və su anbarlarının peligial hissəsində yaşayır. Yumurtalarının sayı 50-yə çatır. Azərbaycan ərazisində bu növün ən yaxşı inkişafı Göy-göldə qeydə alınmışdır. Növün 5 yarımnövü vardır ki, onlardan 3 yarımnöv (D. pulex middendorfiana, D.pulex pulicaria, D.pulex schölderi) Azərbaycanın su hövzələrində qeydə alınır.[3]

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Eads, BD; Bohuski, E; Andrews, J (18 Dec 2007). "Profiling sex-biased gene expression during parthenogenetic reproduction in Daphnia pulex". BMC Genomics. 8 (2007): 464.
  3. Qasımov Ə.H. Azərbaycan faunası IV. Xərçənglər (Crustacea)// Bakı, "Elm" 1976, s. 3–160.

Animaldiversity.org