Adi və qeyri-adi Səttar Bəhlulzadə[1] qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Elnurə Kazımova[2] tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan xalq rəssamı, Azərbaycan SSR Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin adi və qeyri-adi həyat və yaradıcılığını əks etdirir. Filmdə Səttar rolunda Bəxtiyar Məmmədov çəkilmişdir.
Adi və qeyri-adi Səttar Bəhlulzadə | |
---|---|
Adi və qeyri-adi Səttar Bəhlulzadə | |
Janr |
sənədli qısametrajlı bioqrafik |
Rejissor | Elnurə Kazımova |
Ssenari müəllifi | Möhbəddin Səməd |
Baş rolda | Bəxtiyar Məmmədov |
Operator | Adil Abbasov |
İstehsalçı | Azərbaycan televiziyası |
İlk baxış tarixi | 4 mart 2014, Azərbaycan televiziyası |
Filmin növü | qısametrajlı sənədli-bədii televiziya filmi |
Müddət | 34 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2014 |
Rəng | rəngli |
Film Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan xalq rəssamı, Azərbaycan SSR Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin adi və qeyri-adi həyat və yaradıcılığını əks etdirir.
Onun mənzərə-peyzajlarında, intim-lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir. Bəhlulzadənin fərdi sərgiləri dünyanın bir sıra ölkələrində nümayiş etdirilmişdir. Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır.[3]
Film rəssamın ölümünün 40 illiyinə həsr edilmişdir.
Ssenarist: Möhbəddin Səməd
Rejissor: Elnurə Kazımova
Operator: Adil Abbasov
Bəxtiyar Məmmədov — Səttar Bəhlulzadə
Allahverdiyev, E. “Adi və qeyri-adi Səttar Bəhlulzadə”: [AzTV-nin görkəmli rəssama həst etdiyi eyniadlı film haqqında] //Ekran-efir.- 2014.- 7 mart.- S.4.