Adidas Brazuca — Braziliyada keçirilən futbol üzrə 2014-cü il dünya çempionatı üçün Adidas şirkəti tərəfindən yaradılmış futbol topu modeli[1].
Topun adı 2 sentyabr 2012-ci ildə elan edilmişdi[1]. Bu top, milyonlarla braziliyalı tərəfindən səsvermə yolu ilə seçilmişdir[1]. Seçkidə üç futbol topu modeli təklif edilmişdi: Brazuca (səslərin 77.8 %-i[2]), Carnavalesca (səslərin 14.6 %-i[3]) və Bossa Nova (səslərin 7.6 %-i[3]). Dünya çempionatları tarixində ilk dəfədirki, dünya çempionatında istifadə olunun topun adını azarkeşlər özləri seçdilər[1]. Brazuca sözü braziliyalı mənasını verir. Brazuca bir sıra patriotlarlar tərəfindən istifadə edilən qeyri-formal, xoş və pozitiv ifadədir.
Topun daxili quruluşu Adidas Tango 12-ə yaxındır: təbii kauçukdan kamera, parça və sintetik köpükdən olan çoxqatlı aşqardan ibarətdir.