Adilə Sultan Qəsri — İstanbulun Üsküdar bölgəsində, Validəbağ qoruğu içində yer alır. Sultan Əbdüləziz tərəfindən kiçik bacısı Adilə Sultan üçün 1853-cü ildə tikdirilmişdir. Dördkünc planlı binanın girişinə iki qollu görkəmli pilləkənlərdən çıxılır. Qəsrin birinci və ikinci mərtəbələrində böyük orta dəhliz-salon var. Giriş istər birinci mərtəbədə, istərsə də ikinci mərtəbədə dəhlizə açılır. Bu məkanlar, dəhlizdən üç pillə və müqəvvalarla ayrılmışdır. Əvvəl otaq, böyük otaqlar və servis-gözləmə otaqları ilə bağlantılıdır. Hazırda müəllim evi kimi istifadə edilir. "Hababam Sinfi"nin ilk film seriyaları burada çəkilmişdir və otaqlardan biri Hababam Sinfi Muzeyi olaraq düzəldilmişdir.
Memarı: Paris saint-barbe memarlıq məzunu Nigoğos Amirə Tayın, ya da qısaca Nigoğos bəydir.