Adil Əfəndiyev (tərcüməçi)

Adil Əfəndiyev və ya Adil Nəcdət (19079 fevral 1973, Bakı) — Axısqa türkü, alim, Bakı Sovetinin II, IV, V, VI, VIII, IX çağırış deputatı.

Adil Əfəndiyev
Şəxsi məlumatlar
Doğum tarixi 1907
Vəfat tarixi 9 fevral 1973(1973-02-09)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti alim

Adil Ələddin oğlu Əfəndiyev 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin şərq fakültəsinin dilçilik şöbəsini bitirmişdir. Əmək fəalyyətinə hələ tələbə ikən başlamışdır. 1924-cü ildə "Kəndli qəzetəsi"nin katibi, 1925–1939-cu illərdə Azərbaycan Dövlət Nəşriyyatı – "Azərnəşr"də orfoqraf, tərcüməçi, redaktor, şöbə müdiri vəzifələrində çalışmışdır. 1939–1953-cü ildə Azərbaycan Radio Verilişləri Komitəsində baş redaktor, sədrin birinci müavini və sədr vəzifəsində çalışmışdır. 1954–1964-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatı-"Azərnəşr"in müdiri vəzifəsində çalışmışdır. 1964–1972-ci illərdə Azərbaycan SSR Dövlət Mətbuat Komitəsi sədrinin birinci müavini olmuşdur. 1972–1973-cü illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda tərcümə bölməsinin müdiri olmuşdur. Nizami Yubiley Komitəsinin məsul katib və sədr müavini, terminoloji komitənin, toponimika komissiyasının, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasının üzvü olmuşdur.

Bir çox bədii, siyasi əsərlərin, o cümlədən K. Marks, F. Engels, V. İ. Lenin, Ö. Xəyyam, İ. S. Turgenyev, L. Tolstoy, M. Tven, C. Oldric və başqalarının əsərlərnin, tarix və coğrafiya dərsliklərinin Azərbaycan dilinə tərcüməçisi və tərcümələrinin redaktoru olmuşdur. A. S. Puşkin nəşrinin Azərbaycan dilinə ilk tərcüməçisi olmuşdur. ("Belkinin hekayələri", 1929-cu il).

Adil Əfəndiyev evi

1920–1930-cu illərdə "Adil Nəcdət" təxəllüsü altında mətbuatda şeirlər dərc etdirmişdir. 1925-ci ildən "Qızıl gələmlər" İttifaqının katiblərindən biri, 1927-ci ildən isə Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin üzvü olmuşdur. 1940–1946-cı illərdə nəşr edilən rusça – Azərbaycanca dörd illik və 1956–1959-cu illərdə nəşr edilən iki cildlik lüğətlərin tərtibçisi və redaktoru olmuşdur. 1930-cu ildə nəşr olunmuş "Azərbaycan türk xalq ləhçələri lüğətinin" yaranmasında iştirak etmişdir.

Bakı Sovetinin 2-ci, 4-cü, 5-ci, 6-cı, 8-ci və 9-cu çağırış deputatı seçilmişdir. "Şərəf nişanı" ordeni, 4 medalla, Azərbaycan SSR Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olunmuşdur.

"Azərbaycan SSR xalq maarif əlaçısı" adlarına layiq görülmüşdür.

"Azərbaycan SSR Əməkdar mədəniyyət xadimi" fəxri adını ilk alanlardan biri olmuşdur.

1973-cü ildə Bakı şəhərində vəfat etmişdir. Fəxri xiyabanda dəfn edilmişdir.

  • Sarvan M. Borçalı alimləri. Bakı, "Azərbaycan Milli Ensiklopediyası" nəşriyyatı, 2001, 510 s., s.439.
  • Sevil Piriyeva. Ahıska türkləri Azərbaycanda (tarixi, sosial-mədəni həyatı). Bakı, "Elm", 2005, 264 s., s.59–60.