Adil Babayev. Ata olsam belə, ata istərəm (film, 2015)

Adil Babayev. Ata olsam belə, ata istərəm qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Elnurə Kazımova tərəfindən 2015-ci ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film mərhum şair, tərcüməçi, dramaturq Adil Babayevin həyat və yaradıcılığından bəhs edir. Film şairin 90 illik yubileyinə həsr edilmişdir. Filmdə rolları Oqtay Mehdiyev, Almaz Amanova və Toğrul Hüseynzadə ifa edirlər.

Adil Babayev.
Ata olsam belə, ata istərəm
Adil Babayev. Ata olsam belə, ata istərəm
Janr sənədli
qısametrajlı
bioqrafik
Rejissor Elnurə Kazımova
Ssenari müəllifi Azər Cabbarov
Baş rollarda Oqtay Mehdiyev
Almaz Amanova
Toğrul Hüseynzadə
Operator Adil Abbasov
İstehsalçı Azərbaycan televiziyası
İlk baxış tarixi 16 iyul 2015
Filmin növü qısametrajlı sənədli-bədii televiziya filmi
Müddət 41 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2015
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Film mərhum şair, tərcüməçi, dramaturq Adil Babayevin həyat və yaradıcılığından bəhs edir.

Onun bədii yaradıcılığı çoxcəhətlidir: "Dağlar qızı", "Yarımçıq portret", "Mənim məhəbbətim", "Qız görüşə tələsir" pyesləri teatr səhnələrində tamaşaya qoyulmuş, əsərləri xarici dillərə və SSRİ xalqlarının dillərinə tərcümə olunmuşdur. Onun yaradıcılığında tərcümə xüsusi yer tutur. Dünya və qardaş xalqlar ədəbiyyatından çoxlu tərcümələr etmişdir.[1]

Film şairin 90 illik yubileyinə həsr edilmişdir.

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenarist: Azər Cabbarov
Rejissor: Elnurə Kazımova
Operator: Adil Abbasov

Rollarda[redaktə | mənbəni redaktə et]

Oqtay Mehdiyev
Almaz Amanova
Toğrul Hüseynzadə

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Adil Babayev (şair)". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-14.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
2015-ci ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı