Baxşəliyev Adil Baxşəli oğlu (1952, Bərdə) — C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun keçmiş direktoru, Azərbaycan Tibb Universitetinin kliniki farmakologiya kafedrasının müdiri, professor (2004)
Adil Baxşəliyev | |
---|---|
Doğum tarixi | 1952 |
Doğum yeri | |
İş yeri | |
Təhsili |
Baxşəliyev Adil Baxşəli oğlu 1952-ci Bərdə şəhərində anadan olmuşdur. Atası Baxşəli Baxşəliyev , bacısı Gövhər Baxşəliyeva .
1975-ci ildə N.Nərimanov adına ATU-nun müalicə-profilaktika fakultəsini fərqlənmə ilə bitirmişdir. 1981-ci ildə Moskva şəhərində Ümumittifaq Elmi Kardioloji mərkəzdə aspiranturanı bitirmişdir. 1990-cı ildə Moskva şəhərində N.İ.Piroqov adına II Moskva Dövlət Tibb İnstitunda doktoranturanı bitirmişdir.
Baxşəliyev Adil Baxşəli oğlu 1975-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini fərqlənmə ilə bitirmişdir. 1976-cı ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirilmə İnstitutunun terapiya I kafedrasında böyük laborant vəzifəsində işləmişdir. 1977–1978-ci illərdə Adı cəkilən institutunun Mərkəzi elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçi vəzifəsində işləyib. 1978–1981-ci illərdə Moskva şəhərində Ümumittifaq Elmi Kardioloji mərkəzdə "Daxili xəstəliklər" ixtisası üzrə məqsədli aspiranturada oxuyub və 1981-ci ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya I kafedrasında assistent vəzifəsində çalışmışdır. 1984–1985-ci illərə qədər Elmi-Tədqiqat Kardiologiya İnstitutunun "arterial hipertoniya" şöbəsinin müdiri vəzifəsində işləyib. 1985–1990-cı illərdə Moskva şəhərinin N.İ.Piroqov adına II Moskva Dövlət Tibb İnstitutunda "kardiologiya" ixtisası üzrə doktoranturada olub və 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1990–1991-ci illərdə Azərbaycan Tibb İnstitutuna konkursdan keçdikdən sonra müalicə-profilaktika fakultəsinin "daxili xəstəliklər I" kafedrasını müdiri vəzifəsinə təyin olmuşdur və 1992-ci ildən "klinik farmakologiya" kafedrasının müdiri vəzifəsində çalışır. 1998-ci ildən C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda direktor vəzifəsində işləyir.
1981-ci ildə namizədlik dissertasiyasını, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə etmuişdir. A.B.Baxşəliyev akad. C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitunun direktor vəzifəsində çalışır.
A.B.Baxşəliyev 310-dan artıq elmi əsərin, o cümlədən 1 dərslik, 8 metodik tövsiyənin, 7 tədris vəsaitinin müəllifidir. Onun rəhbərliyi altında 8 namizədlik dissertasiyası işi başa catdırmış, 6 doktorluq, 40 namizədlik dissertasiyası yerinə yetirilir.Adil Baxşəliyev "Kardiologiya", "Sağlamliq", "Azərbaycan Əczaçıliq və farmakologiya", "Avrasiya Kardiologiya" jurnallarının redaksiya heyətinə daxildir.
Ailəlidir, 5 övladı var.