Adil Cəlil oğlu Tağıyev (25 may 1928, Şərur rayonu, Naxçıvan MSSR – 20 noyabr 1988, İliç rayonu) — tütünçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1952), Sosialist Əməyi Qəhrəmanı (1949).[1]
Adil Tağıyev | |
---|---|
Adil Cəlil oğlu Tağıyev | |
Doğum tarixi | |
Doğum yeri | Xok, Naxçıvan MSSR, Azərbaycan SSR ZSFSR, SSRİ |
Vəfat tarixi | (60 yaşında) |
Vəfat yeri | Xok, İliç rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | tütünçü |
Partiyası | |
Mükafatları |
|
Adil Tağıyev 1928-ci ildə Naxçıvan MSSR-in İliç rayonunın (indiki Şərur rayonu) Xok kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1945-ci ildə Əzizbəyov adına kolxozda başlamış, 1957-ci ilə qədər bu kolxozda manqabaşçısı, sədr müavini, sədr və aqronom işləmişdir. 1952-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1948-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 30 yanvar 1949-cu il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı və Lenin ordeni, ilə təltif olunmuşdur. Adil Tağıyev 20 noyabr 1988-ci ildə İliç rayonunda vəfat etmişdir.[2]