Adil Zeynalov

Adil Ağakərim oğlu Zeynalov (20 fevral 1960, Lənkəran12 mart 2020, Bakı) — Azərbaycan aktyoru, Lənkəran Dövlət Dram Teatrının rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti (2012).[1][2]

Adil Zeynalov
Adil Ağakərim oğlu Zeynalov
Doğum tarixi 20 fevral 1960(1960-02-20)
Doğum yeri
Vəfat tarixi 12 mart 2020(2020-03-12) (60 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, teatr rejissoru
Fəaliyyət illəri 1977–2020
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2012

Adil Ağakərim oğlu Zeynalov 20 fevral 1960-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1978-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olmuş və 1983-cü ildə bitirmişdir.[1][2][3]

A.Zeynalov teatrda Yeni Azərbaycan Partiyasının ilk təşkilatının sədri və həmkarlar təşkilatının idarə heyətinin üzvü olmuşdur.[3]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1977-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlamış, 1983-cü ildən aktyor kimi fəaliyyət göstərərək burada bir sıra rolları ifa etmiş, 2002-ci ilin aprel ayından isə ömrünün sonunacan həmin teatrda quruluşçu rejissor vəzifəsində çalışmış və rejissor kimi tamaşalara quruluş vermişdir. A.Zeynalovun oynadığı "Olanlardan-keçənlərdən" (Ü.Hacıbəyov) və "Ölülər" (C.Məmmədquluzadə) tamaşaları hazırda Azərbaycan Dövlət Televiziyasının "Qızıl fondu"nda saxlanılır.[1][2][3]

Adil Zeynalov 12 mart 2020-ci ildə vəfat etmişdir.[1][2]

  • 2012-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1][2][3]

Teatr səhnəsindəki rolları

[redaktə | mənbəni redaktə et]

Aktyor kimi

  1. Ü. Hacıbəyov "Olanlardan-keçənlərdən" –Müəllim
  2. M. Kərim "Piyada Mahmud" – Mahmud
  3. İ. Əfəndiyev "Billur sarayda" – Zahid
  4. M. Hüseyn "Cavanşir" – Zöhrab
  5. C. Məmmədquluzadə "Ölülər" – Lal
  6. B. Nuşiç "Nazirin xanımı" – Ninkoviç
  7. Ə. Haqverdiyev "Ağa Məhəmməd şah Qacar" – Səfərqulu xan
  8. H. Mirələmov "Vicdanın hökmü" – Qara Fedya
  9. Ə. Haqverdiyev "Bəxtsiz cavan" – Hacı Səməd ağa
  10. H. Mirələmov "Pənah xan Cavanşir" – Nadir şah
  11. H. Mirələmov "Ləyaqət" – Şeydabek
  12. Ə. Əmirli "Onun iki qabırğası" – Dədə
  13. Sofokl "Şah Edip" – Korifey
  14. A. Mədətov "Sezarın qətli" – Brut
  15. M. Xubai "Şeytanın oyunları" – Neron
  16. Q. Qorin "Herastratı unudun"-Tissafern
  17. K. Nəzirli "Şeytan işığı" – Con
  18. M. Məmmədov "Sovqat" — Əflatun

Rejissor kimi

  1. Ə. Əmirli "Varlı qadın"
  2. Ə. Əylisli "Vəzifə"
  3. Q. Hüseyni, Ə.Cəmşidi "Hacı Kərimin aya səyahətı"
  4. F. Mustafa "İlğım"
  5. H. Cavid "Ana"
  6. Y. Əzimzadə "Nəsrəddin"
  7. L. Korsunski "Fırıldaqçı"
  8. C. Fətullayev, A. Zeynalov "Muəmmalı ölüm"
  9. Ə. Səmədli "Dəyirman əhvalatı"
  10. Ə. Səmədli Toyda Çelentano oxuyur"
  11. B. Nişiç "Nazirin xanımı"
  12. V. Səmədoğlu "Mamoy kişinin yuxuları"
  13. H. Muxtarov "Mən nənə ilə evlənirəm"

Filmoqrafiyası

[redaktə | mənbəni redaktə et]
  1. Qətl günü (film, 1990) (tammetrajlı bədii film) (rol: Qulam)
  2. Durnalar qayıtdı (film, 2003) (tammetrajlı bədii film)
  3. 40-cı qapı (film, 2008) (tammetrajlı bədii film) (rol: Surxay)
  4. Susmuş vicdan (film, 2010) (bədii serial)
  1. 1 2 3 4 5 "Əməkdar artist Adil Zeynalov vəfat edib" (Azərbaycan). mct.gov.az. 23 mart 2020-ci il tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 "Əməkdar artist Adil Zeynalov vəfat edib" (Azərbaycan). medeniyyet.az. 14 mart 2020-ci il tarixində arxivləşdirilib.
  3. 1 2 3 4 "Zeynalov Adil Ağakərim oğlu" (az.). Lənkəran Dövlət Dram Teatrı. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-12.