Adnan Cahid Ötükən (1 yanvar 1911, Bitola – 2 mart 1972 və ya 1972, İstanbul) — türk maarifçi, yazıçı, türk kitabxanaçılıq işinin öndə gedən simalarından və Türk Milli Kitabxanasının qurucularındandır.
Adnan Cahid Ötükən | |
---|---|
Adnan Cahit Ötüken | |
Doğum tarixi | |
Doğum yeri | Monastr, Osmanlı İmperiyası |
Vəfat tarixi | 2 mart, 1972 |
Vəfat yeri | İstanbul, Türkiyə Cümhuriyyəti |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Milliyyəti | Türk |
Təhsili |
|
Fəaliyyəti | yazıçı, maarifçi |
Atası həkim, mayor Əli Naşit bəy, anası Manastrlı vəkil Yusif Əfəndinin qızı Lütfiyyə xanımdır. Adnan Ötükən yeddi yaşında olanda atası Qafqaz Cəbhəsində şəhid olmuşdur.
Əvvəlcə "Kadıköy Osmanqazı Nümunə Məktəbi"ndə, daha sonra 1928-ci ildə "Kadıköy Orta Məktəbi"ndə, 1931-ci ildə "İstanbul Liseyi"ndə təhsil almışdır. Daha sonra isə İstanbul Universiteti, Ədəbiyyat fakültəsi, Türkologiya və Fransız dili ixtisasları üzrə təhsil almışdır və 1935-ci ildə buranı bitirmişdir. Məzun olarkən dissertasiya mövzusu "Türk atalar sözü" olmuşdur.
Gənc yaşlarında Ədəbiyyat Fakültəsi Tələbə Birliyinin sədri vəzifəsində çalışmış, eləcə də Milli Türk Tələbə Birliyində İdarə Heyətinin üzvü olmuşdur. Həmin illərdə İstanbulda bəzi özəl liseylərdə ədəbiyyat müəllimi kimi də fəaliyyət göstərmişdir.
Professor Helmut Ritterin rəhbərliyi altında qurulan "Kitabxanaların Təsnif Komissiyası"ndakı 9 aylıq fəaliyyəti və dissertasiyasının hazırlanması dövründə kitabxanaları və problemlərini yaxından görmək və ətraflı öyrənmək şansı olmuşdur. 1936-ci ildə Yozğad Liseyinə ədəbiyyat müəllimi kimi təyin edilmişdir. Bu dövrdə Sabiha Aybar xanım ilə ailə həyatı qurmuşdur. 1940-cı ildə ilk qızı Dəniz, 1945-ci ildə isə ikinci qızı Ulduz dünyaya gəlir.
Adnan Ötükən Türkiyə Cümhuriyyətinin ilk illərində Qərb ölkələrinin kitabxanaçılıq təcrübələrindən yararlanmaq və kitabxanaçılıq təhsili almaq üçün Avropaya göndərilən 3 nəfərdən biri idi və bunun üçün Almaniyaya göndərilmişdi.[1] O, Almaniyada Berlin Dövlət Kitabxanasında kitabxanaçılıq təhsili aldı. Berlin Universiteti Kitabxanasında, Leipzigdə və digər alman kitabxanalarında təcrübə topladı. 1939-cu ilin iyun ayında Almaniyadan qayıdandan sonra qısa müddət İstanbul Universiteti Ədəbiyyat Fakültəsi, Türkologiya kafedrasında fəaliyyət göstərdi. 3 ay sonra isə əsgər getdi və ehtiyatda olan hərbçi kimi faliyyət göstərdiyi bu müddət ərzində ilk əsərini, "Kitabxana fəaliyyəti və biblioqrafiya" kitabını yazdı. 1 oktyabr, 1941-ci ildə Təhsil Nazirliyinə nəşrlər müdürü kimi təyin edildi. Təxminən 6 il çalışdığı bu vəzifədə olanda İnönü Ensiklopediyasını (bugünkü Türk Ensiklopediyası) nəşr etdirmişdi. Bu əsərində kitabxanaçılıqla bağlı bəzi məqamları özü yazmış, bəzilərini isə alman dilindən tərcümə etmişdir. Bununla yanaşı, Adnan Ötükən eləcə də İslam Ensiklopediyası və Dünya ədəbiyyatından tərcümələr seriyasını da nəşr etdirmişdi.