Adoleskari

Adoleskari (latın, adolesco — böyüyürəm) — sorucu qurdların (trematodlar) inkişafında serkaridən əmələ gələn sistalaşmış sürfə. Əsasən, su bitkiləri üzərində təsadüf edilir. Adoleskari, axırıncı sahib orqanizmində sistadan azad olur və inkişaf edib cinsi yetkinliyə çatır. Bir sıra sorucu qurdlarda serkari xarici mühitdə deyil, ikinci aralıq sahibin bədənində sistalaşır və adoleskari deyil, metaleskari adlanır.[1]

  1. Axundov M. A., Mehrəliyev Ə. Ə., Əliyev A. R., Muradova E. Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.