Adrian Frutiger

Adrian Frutiger (Adrian Frutiger) – XX əsrin ikinci yarısı və XIX əsrin əvvəlində çalışan ən möhtəşəm şrift dizaynerlərindən biridir. Tanınmış və geniş istifadə olunan bir çox şriftlərin müəllifidir. Onun karyerası mətbəəçiliyin metal şrift tökmə, fotoyığım və rəqəmsal səhifələmə dövrlərini əhatə edir. Onun ən tanınmış işlərindən Univers, Frutiger və Avenir şrift ailələridir, hansı ki dırnaqsız (sans-serif) şriftlərinin üç əsas janrlarını əhatə edir – neo-qrotesk, humanist və həndəsi.

Adrian Frutiger
Adrian Frutigerin yaratdığı şrift nümunələri
Adrian Frutigerin yaratdığı şrift nümunələri
Doğum tarixi
Doğum yeri Unterzen, İsveçrə
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri Bremqarten-Bern, İsveçrə
Vətəndaşlığı
Təhsili Kunstgewerbeschule, Sürix
Fəaliyyəti Şrift dizayneri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Adrian Frutiger 24 may 1928-ci il tarixində İsveçrənin Bern kantonunda yerləşən Unterzen komunnasında toxucu ailəsində anadan olub. 16 yaşındaykən o heykəltaraş peşəsini öyrənmək istəyirdi, lakin atası buna razı olmadı və Adrian İnterlaken şəhərində yerləşən Otto Schaeffli mətbəəsində mürəttib köməkçisi vəzifəsində işləməyə başlayır. 1944–1948 illərində Sürixdə Kunstgewerbeschule məktəbində (tətbiqi incəsənət məktəbi) oxuyub və sonralar mürəttib kimi işləyib. 1949-cu ildə Kunstgewerbeschule məktəbinə qayıdır və 1951-ci ilə kimi təhsilini davam etdirir. Peşəkar həyatının əsas dövrünü Fransada, Parisdə yaşayıb. Həyatının son illərini isə Bremqarten-Bern komunnasında keçirib. 12 sentyabr 2015-ci il tarixində 87 yaşında Bremqarten-Berndə vəfat edib.

İşləri[redaktə | mənbəni redaktə et]

1952-ci ildə Deberny&Peingot adlı məşhur fransız şrift tökən fabrikinin həmsahibi Şarl Penyo (Charles Peingot) Frutigerin işlərini (onun History Of Letters kitabçasını) görür və onu art-direktor vəzifəsinə işə dəvət edir. Frutigerə Pol Rennerin (Paul Renner) Futura şriftinin Lumitype/Photon fotonabor maşınlarında istifadəsi üçün adaptasiya edilməsi həvalə olunur, lakin Frutiger hesab edir ki Futura həddən artıq həndəsidir və az sonra yeni qarnituranın – Universin eskizlərini ərsəyə gətirir.

1975-ci ildə Adrian Frutiger Ruassidə açılan Şarl de Qol adına hava limanının vizual kommunikasiyalar sistemi üçün yeni bir şrift yaradır. Şriftin adını Ruassi (Roissy) qoyurlar, lakin sonradan dəyişdirilib şriftə müəllifinin adı verilir – Frutiger.

Yaratdığı şriftlər[redaktə | mənbəni redaktə et]

Frutigerin yaratdığı şrift ailələri bunlardır:
Ondine (1954)
President (1954)
Meridien (1955)
Egyptienne (1956)
Univers (1957)
Apollo (1962)
Serifa (1967)
OCR-B (1968)
Iridium (1975)
Frutiger (1976)
Glypha (1977)
Icone (1980)
Breughel (1982)
Versailles (1982)
Linotype Centennial (1986)
Avenir (1988)
Westside (1989)
Herculanum (1990)
Vectora (1990)
Linotype Didot (1991)
Pompeijana (1992)
Rusticana (1993)
Frutiger Stones (1998)
Frutiger Symbols (1998)
Linotype Univers (1999)
Frutiger Next (2000)
Nami (2006)
Frutiger Arabic (2007)
Frutiger Serif (2008)
Neue Frutiger (2009)
Univers Next (2010)

İstinadlar[redaktə | mənbəni redaktə et]