Adriasovun binası (Rostov-na-Donu)

Andriasovun binası — Rostov-na-Donu şəhərində yerləşən bina. Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Universitetski xiyabanı, ev 53/54 ünvanında yerləşir. Binada yazıçı, jurnalist və dramaturq Mixail Andreyeviç Andriason yaratmışdır. Bina 1965-ci ildə inşa edilmişdir.

Andriasovun binası
rus. Дом Андриасова
Xəritə
47°13′29″ şm. e. 39°43′39″ ş. u.HGYO
Ölkə  Rusiya
Şəhər Rostov-na-Donu
Tikilmə tarixi 1965

Bina Rostov vilayəti, Rostov-na-Donu şəhəri, Universitetski xiyabanı, ev 53/54 ünvanında yerləşir. Bina 1965-ci ildə inşa edilmişdir. Binada 1968–1984-cü illər ərzində rus və sovet yazıçı, jurnalist və dramaturq Mixail Andreyeviç Andriason yaşayıb-yaratmışdır. Mixail Andreyeviç Andriason Qukas Madoyan batalyonu haqqında povestin müəllifidir. Bütün hadisələr "Altı gün" povestində əks etdirilir. Onun "Yuri Tarasovun avtomatı", "Fəth ediləz yüksəklik", "Qızıl at haqqında əfsanə", "Pridonskaya bıl" və s. kitabların həmcinin müəllifidir. Mixail Andreyeviç Andriason Rostov-na-Donu şəhərində 25 aprel 1984-cü ildə 70 yaşında vəfat etmişdir.

Yazıçı binanın dördüncü mərtəbəsində üç otaqlı 27 nömrəli mənzildə yaşamışdır. Onun mənzilinin pəncələrələri Universitetski xiyabanına açılır. Hal-hazırda yazıçının iş otağı öz görkəmini olduğu kimi saxlamışdır.

1988-ci ildə binanın fasadına memorial lövhə vurulmuşdur. Bu lövhədə yazılır: "Bu binada 1969–1984-cü illər ərzində yazıçı Mixail Andreyeviç Andriasov yaşayıb-yaratmışdır (1914–1984)". Sonradan isə bu ərazidə burada onun barelyefi qoyulmuşdur.

Bina doqquz mərtəbəlidir. Kərpiçdən inşa edilmişdir. Birinci mərtələsi nisbətən alçadır. Burada mağaza vitrinləri yerləşir.

Tikili düzbucaqlı formaya malikdir. Mərkəzi hissəsindən pilləkən keçir ki, onunda ərafında mənzillər yerləşir.

  • Комсомолец. — 1971. — 7 января.
  • Писатели Дона — Ростов-н/Д, 1986. — С. 46–51.