Adsız məzar qısametrajlı sənədli filmi[1] rejissor Kəmalə Musazadə tərəfindən 2006-cı ildə çəkilmişdir. Film "Muğam Film"də istehsal edilmişdir. Film xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın xalq artisti, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri Cabbar Qaryağdıoğlunun həyat və yardıcılığından bəhs edir. Film görkəmli muğam ustasının 145 illiyinə həsr olunub.
Adsız məzar | |
---|---|
Adsız məzar | |
Janr |
sənədli qısametrajlı bioqrafik |
Rejissor | Kəmalə Musazadə |
Prodüser | Abdulkadir İnaltəkin |
Operator | Kəmalə Musazadə |
İstehsalçı | "Muğam Film" |
İlk baxış tarixi | 2006 |
Filmin növü | qısametrajlı sənədli film |
Müddət | 17 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2006 |
Rəng | rəngli |
Film xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın xalq artisti, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri Cabbar Qaryağdıoğlunun həyat və yardıcılığından bəhs edir. Film görkəmli muğam ustasının 145 illiyinə həsr olunub.
Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdır.[2]
Film Cabbar Qaryağdıoğlunun qızı Şəhla Qaryağdı-Kürçaylının öz atasının məzarını ziyarəti ilə başlayır. Baxımsız qalan məzarı ot-alaq basmışdır...
Rejissor: Kəmalə Musazadə
Operator: Kəmalə Musazadə
Prodüser: Abdulkadir İnaltəkin
Azərbaycan filmlərinin siyahısı
2006-cı ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı