Adsorbentlər vasitəsi ilə ağır metal ionlarının zərərsizləşdirilməsi

Adsorbentlər vasitəsi ilə ağır metal ionlarının zərərsizləşdirilməsi

Ağır metal ionlarının tullantı sularının tərkibindən çıxarılması üçün müxtəlif fiziki və kimyəvi üsullardan istifadə edilir. Bu problemin həllində, müxtəlif təbii və sintetik sorbentlərdən istifadə etməklə, adsorbsiya üsulu geniş tətbiq edilir. Xüsusən bentonit və vermikulit əsaslə gil mineralları ağır metal ionlarının adsorbsiyası üçün daha geniş istifadə olunur. Qeyd etmək lazımdır ki, bentonit nümunələri tərkibinə və müxtəlif xarakteristikalarına görə bir-birindən fərqlənir. Ən qədimdən məsaməli sorbsiya strukturuna və yüksək səth sahəsinə malik olan aktivləşmiş kömür geniş istifadə olşunmuşdur və istifadə olunmaqda davam edir. Yeni adsorbentlərin istehsal edilməsi aktiv kömürün oxşar xüsusiyyətləri ilə əlaqəlidir. Ağır metal ionları tullantı sularının tərkibində mürəkkəb anion və ya kation şəklində mövcud ola bildiyindən aktivləşmiş kömür vasitəsilə həmin ionlarının çıxarılması olduqca cətin prosesə çevrilir. Ona görə də yüksək adsorbsiya qabiliyyətli və iqtisadi cəhətdən sərfəli alternativ adsorbentlərin tədqiqi və onların sənayedə tətbiq olunmasına böyük ehtiyac duyulur. Həmin mineralların kation mübadiləsi və ion mübadilə adsorbsiya qabiliyyəti ilə xarakterizə olunan minerallar şəklində rast prosesdə səmərəli adsorbent kimi istifadə oluna bilər.Bu baxımdan müxtəlif ağır metal ionlarını ilə çirklənmiş sularından montmorillonit vasitəsilə çıxarılmasının araşdırılması və tətbiqi çox mühüm aktual elmi və prakltiki əhəmiyyəti olan məsəslələrdəndir. Ağır metal ionlarının tullantı sularının tərkibindən çıxarılması üçün müxtəlif fiziki və kimyəvi üsullardan istifadə edilir. Bu ionlar bioloji təmizlənmə üsulları ilə kənarlaşdırıla bilmədiyindən, adsorbsiya üsulu yeganə vasitə kimi geniş tətbiq edilir. Bu məqsədlə müxtəlif təbii və sintetik sorbentlərdən istifadə edilir.