Adventisizm — 1831-ci ildə Amerika Birləşmiş Ştatlarında Vilyam Miller (William Miller 1782 - 1849) adlı bir fermer tərəfindən yaradılmış bir xristian - din hərəkatıdır.
Bu təriqətə inananlar İsanın gəlməsini ümidlə gözləyənlər qrupudur. Miller Tövrat üzərində işləyərək İsanın dünyaya ikinci gəlişinin 1843-də yox, 1844-də olacağı qənaətinə gəlmişdir. O, tezliklə ikinci gəliş haqqında konfranslar verməyə başladı, bu haqda “Gecəyarısı ağlayır” (The Midnight Cry) adlı qəzet çap elətdirdi. Miller İsanın ikinci gəlişinin 22 oktyabr 1844-cü ildə baş verəcəyi ilə bağlı bir vəhy aldığını elan etdi. Lakin İsa elan olunan tarixdə gəlmədiyinə görə, Miller bu işdən imtina etdi və tərəfdarları üçün başqa tarix verməyə başlayırdı. Sonuncu dəfə 1959-cu ildə Məsihin gələcəyini gözləyən təriqət üzvləri böyük xəyal qırıqlığına uğradı. İkinci gəlişin tarixi və ruhun ölümsüzlüyü haqqında irəli sürülən fərqli fikirlər qrup içində ayrılığa gətirib çıxartdı. Hal-hazırda isə "İkinci Advent Adventistlər" və "Yeddinci günün adventistləri" var. Bunların ən əhəmiyyətlisi və missioner xarakterli olanı Yeddinci Günün Adventistləridir.
Yeddinci günün adventistləri Müqəddəs Kitabın qaydalarına ciddi riayət edirlər. Ruhun ölümünə, sadəcə dürüst olanların və haqqı qəbul edənlərin (yəni özlərinin) öldükdən sonra diriləcəyinə inanırlar. Müqəddəs Yəhudi Kitabına digər xristianların göstərmədiyi sadiqliyi göstərir; ibadət günü olaraq bazar günü yerinə, şənbə gününü qəbul edir və bu günün qadağalarına ciddi riayət edirlər. Onlar ağır əxlaqi qaydalar tərtib edirlər. Vəftizi suya batırmaq yolu ilə həyata keçirirlər. Bir Adventist əsla ət yeməməli, qəhvə, tütün və spirt qəbul etməməlidir. Günümüzdə Yeddinci Gün Adventistlərinin ümumi mərkəzi Vaşinqtondur. Bu təriqətin hal hazırda 2.500.000 tərəfdarı var.