Bu məqaləni vikiləşdirmək lazımdır. |
Adventist İnkişaf və Yardım Agentliyi — fərdi və ictimai inkişafla fəlakətlər zamanı yardım təmin etmək məqsədilə Yeddinci Gün Adventist kilsəsi tərəfindən idarə edilən humanitar qurum.
Əsası 1956-cı ildə qoyulmuşdur və baş qərargahı Silver Spring, Merilend, ABŞ-də yerləşir.2004-cü ildə ADRA 24 milyona yaxın insana 159 milyondan çox ABŞ dolları dəyərində yardım göstərildiyi haqqında məlumat vermişdir. İşçilərinin sayı 4000-dən çoxdur. 2007-ci ilin sonu etibarilə, 125 ölkədə fəaliyyət göstərmişdir. Forbes jurnalına görə, 2005-ci ildə ADRA Amerikanın ən böyük 200 xeyriyyə təşkilatı arasında olmuşdur.
ADRA təşkilatının missiyasının ifadəsi: ADRA təşkilatı yoxsulluq şəraitində olan insanlarla işləyir və əməkdaşlıqları və məsuliyyətli fəaliyyətləri gücləndirməklə ədalətli və mesbət dəyişiklik yaratmağa çalışır. Təşkilat bildirir ki, onun mövcud olmasına səbəb ehtiyac içində olan insanların səsi olmaqla, onlara xidmət etməklə və onlarla əməkdaşlıq etməklə İsa peyğəmbərin nüməsini izləməkdir.
ADRA birliklər, təşkilatlar və hökumətlərlə aşağıdakı sahələri imkişaf etdirmək məqsədilə əməkdaşlıq edir:
ADRA təşkilatının məlumatına görə, o, insanlara etnik, siyasi və ya dini cəhətdən fərq qoymadan xidmət göstərir. Üstünlük isə əlil insanlara, uşaqlara və yaşlı vətəndaşlara verilir. Təşkilatın ekspertiza sahələrinə daxildir: Təhsil, Fövqəladə hallar, Ərzaq/qidalanma, İİV/QİÇS, Səhiyyə, Qaçqınlar və Məcburi Köçkünlər, Sığınacaq, treninq və inkişaf, Su və kanalizasiya sistemi, Qadınlar, Uşaqlar, Monitorinq və Qiymətləndirmə, Proqram idarəsi və Təhlükəsizlik. 1998-ci ildə Los Anceles Tayms qəzetindən bir məqalədə ADRA təşkilatının 10 illik strategiya planı haqqında məlumat verilir və burda quruma belə ad verilir: "İsa Məsihlə Yeddinci Gün Adventist kilsəsinin həqiqi (vicdanlı) xidmət verən və dogər kilsə qurumları tərəfindən toxunulmayan insanlara yardım strategiyası təmin edən qurum. Kilsənin missiyası ADRA təşkilatının xidməti olmadan tamamlana bilməz". ABŞ maliyyəsini dini doktrinal missiyalarının genişləndirilməsi üçün istifadə edən, inanc əsasında qurulan təşkilatlar haqqında çox şey deyilib, ancaq ADRA təşkilatı dinin təbliği ilə məşğul olmur. O, heç bir qarşılıq gözləmədən (məcburiyyət olmadan) sevgi ilə fəaliyyət göstərdiyini bildirir. Dünya səviyyəli bir təşkilat kimi ADRA Beynəlxalq Qırmızı Xaç komitəsi, Qırmızı Aypara hərəkatı və Fəlakətlər zamanı yardım üzrə QHT-lər üçün Davranış Məcəlləsinin tərəfdaşı olub bildirir ki, yardımlar xüsusi bir siyasi və ya dini mövqeyi təbliğ etmək üçün istifadə olunmayacaq, bu yardımlar irq, məzhəb və ya milliyətdən asılı olmayaraq göstəriləcək və təşkilatlar mədəniyyət və adətlərə hörmətlə yanaşacaq.
1996-cı ildə ADRA və Andrews univeristeti ADRA Peşəkar Liderlik İnsitutunu yaratdılar. Bu institut bütün dünyada ADRA-nın işçi heyəti üçün sahə üzrə treninq və davamlı peşə təhsili verdi. 2003-cü ilə qədər ADRA və Andrews Universitetinin yaratdığı əməkdaşlıq Beynəlxalq İnkişaf üzrə magist dərəcəsi verdi. 160-dan çox tələbə məzun oldu. Bu məzunların 60-ı şəbəkə üzrə rəhbər vəzifələrə keçdi. Dörd qitədə Yeddinci Gün Adventist ali təhsil müəssisələri Beynəlxalq İnkişaf üzrə dərəcələr verdilər.
BMT-nin İqtisadi və Sosial Şurası 1997-ci ildə ADRA təşkilatına məşvərətçi statusu verdi.