Aerofoil

Qanad profili və ya aerofoil — Bir qanad, pərvanə, rul, yelkən kimi bir flüid içində hərəkət edən cisimlərin 2D kəsiyi. Bunlar hava, su kimi hər hansı bir maye içində hərəkət edən nəqliyyat vasitəsinə optimal daşıyıcı qüvvə/sürtünmə nisbəti vermək üçün nəzərdə tutulmuş əyri və ya düz, ümumiyyətlə damla formalı hissələrdir.

Qanadlardan əlavə Fin (şaquli stabilizator) və üfüqi stabilizator kimi bir çox aerodinamik idarəetmə səthinin əsas hissəsini təşkil edir.

  • Hücum bucağı flüidin nəqliyyat vasitəsinə nisbətən hərəkət istiqamətinə əsasən hesablanır. Profil ətrafındakı flüidin sürəti və istiqaməti dəyişkən olacağı üçün uzaq bir nöqtədə sürət vektorundan istifadə olunur.
  • Veter xətti, profilin hücum kənarı (ən kiçik radius nöqtəsi) və arxa tərəfi arasındakı düz xəttdir.
  • Kamber xətti profilin aşağı və yuxarı səthi arasında, tam ortada yerləşən nöqtələri birləşdirən xəttdir.

Bernoulli prinsipi

[redaktə | mənbəni redaktə et]

Qanadın qozbel olan yuxarı hissəsində, flüidin getməli olduğu yol alt hissədən daha çoxdur. Bu səbəbdən yuxarıdakı flüid (maye) daha sürətli hərəkət edir. Bernoulli prinsipinə görə, sürəti artan havanın statik təzyiqi azalır. Bir cismin iki əks səthində müxtəlif sürətlə hərəkət edən hava təzyiq fərqini yaratmaqla aerodinamik qüvvə yaradır. Bernoulli prinsipindən irəli gələn bu aerodinamik qüvvə (daşıyıcı qüvvə) sayəsində təyyarələr havada qala bilirlər.