Aerostar (Pilotsuz Uçan Apararat)- Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi tərəfindən İsrail lisenziyası ilə istehsal olunan PUA-dır.[3]
Aerostar | |
---|---|
Tipi | Kəşfiyyat PUA-sı |
İstismar tarixçəsi | |
İstehsal | |
İstismar edənlər |
•Azərbaycan Hərbi Hava Qüvvələri •İsrail Hərbi Hava Qüvvələri |
İstifadə edilən döyüşlər | İkinci Qarabağ müharibəsi[1] |
İstehsal tarixçəsi | |
İstehsal illəri | 2011[2] |
Xüsusiyyətləri | |
Ağırlığı |
Ağırlığı: 230 kq |
Mühərrik | Zanzottera 498i |
Sürət |
Qalxma sürəti: 304 m/dəq |
Mühərrik gücü | 38 kVt |
Uzunluğu | 4.5 m |
Eni |
Eni: 1.2 m Qanadlar arası məsafə: 8.7 m |
Aerostar — taktiki pilotsuz uçuş aparatı İsrailin "Aeronautics Defense Systems" şirkətinin lisenziyası ilə Azərbaycan MSN mütəxəssisləri tərəfindən Silahlı Qüvvələrimizin havadan kəşfiyyat, müşahidə, aşkaretmə və izləmə funksiyalarını daha təhlükəsiz və etibarlı şəkildə icra edə bilmələri məqsədilə istehsal edilir. Bu aparatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamera yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, radio-elektron basdırma vasitələrinə qarşı da dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir.
Orta yüksəklikdə uzun müddət ərzində aparat geniş ərazidə real zamanda ələ keçirdiyi kəşfiyyat məlumatlarını peyk rabitə sisteminin kanalları ilə yerüstü idarəetmə stansiyasına (GCS) ötürür. Hərbi sahələrdən başqa digər sahələrdə digər sahələrdə istifadə edilə bilən "Aerostar"kompleksi 4 ədəd PUA-dan və yerüstü idarəetmə stansiyasından ibarətdir. Bu stansiyalar artilleriya atəşinin nizamlanmasında, hədəf göstərilməsində, sərhədlərə nəzarət olunmasında, dəniz akvatoriyasına nəzarət edilməsində, axtarış- xilasetmə tədbirlərində geniş istifadə olunur. Gecə və gündüz istənilən hava şəraitində istifadə edilə bilən aparatın böyük yük bölməsi eyni zamanda bir neçə optik modul ilə təchiz oluna bilər.
"Aerostar" yerüstü, hava və ya dəniz vasitəsilə asanlıqla nəql edilə bilir.
Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir. Hazırda Silahlı Qüvvələrimizin HHQ-də 60 ədəd "Aerostar" PUA olduğu güman edilir.[3]
Aerostar etibarlı planetar mühərrikə, avtomatik identifikasiya sisteminə, təyyarə və gəmilərin tanınma sisteminə, ultra qısa dalğalı radiostansiyalara, UMAS tipli uçuşun rəqəmsal idarəetmə sisteminə, istiqamətləndirilən anten və çoxkanallı məlumat ötürülmə kanallarına və s. kimi müasir sistemlərə sahibdir.
Elektron — optik kamera və infraqırmızı sensorlar, real zamanda döyüş sahəsinin görüntülərini çəkmək üçün gövdənin ortasında quraşdırılıb. İdarəetmə Sisteminin (RPCS) modulu əmrləri alır və onlara uyğun aparatı idarə edir.
"Aerostar" elektro-optik (EO) və infraqırmızı sensorlar ilə təchiz edilib. EO sensoru real zamanda fotoları çəkmək üçün işıq şüalarını elektron siqnallara çevirir.
Aparat əlavə olaraq SAR radiolokasiya siqnallarının sintez stansiyası, ağıllı siqnal (SIGINT) və kəşfiyyat kommunikasiya (COMINT) avadanlıqları ilə təchiz olunub.
"Aerostar" 38 kVt çıxış gücünü yarada biləcək bir ədəd iki taktlı Zanzottera 498i mühərriki ilə təchiz edilir. Mühərrik uzun müddət ərzində maksimum gücdə işləməyə imkan verən yüksəklik və temperatur dalğalanmalarını tənzimləmək üçün elektron yanacaq püskürmə injektoru ilə tandemdə çalışır.
GCS Yerüstü idarəetmə stansiyası da MSN-nin müəssisələrindən birində hazırlanır. Həm hərbi, həm də mülki sahədə istifadəyə yararlı olan "Aerostar" aparatları məlumatların əldə edilməsini, emalını, saxlanmasını və monitorinqini real vaxt rejimində həyata keçirir. PUA ilə əlaqə 250 km-ə qədər görünüş məsafəsində məlumat ötürülmə kanalı vasitəsilə həyata keçirilir. "Aerostar" 304 m/dəq sürətlə qaldırıla bilər. PUA-nın maksimum sürəti 203 km/saat, kreyser sürəti isə 114 km/saatdır. Enmə sürəti 90 km/saat, fəaliyyət uzaqlığı 200 km-dir. Havada maksimum 12 saat qala bilər. Qanadlar arası məsafə 8.7 m, uzunluğu 4.5m, eni 1.2 m, çəkisi 230 kq, faydlı yükü isə 50 kq-dır. 250000 saat istifadəsinə zəmanət verilir.
"Aerostar" kompleksinin idarə edilməsi üçün üç ekipaj üzvü tələb olunur: komandir, operator və tuşlayıcı.
GCS idarəetmə stansiyasında üç kompüter mövcuddur. Onlardan biri operatorun, digəri isə tuşlayıcının xidmətindədir. Sonuncu isə ehtiyatdadır. Taktiki PUA əldə edilən məlumatları görüntüləmək üçün bir video monitor və rekorder ilə təchiz olunub. Hava hərəkətinə nəzarət və məlumatların mübadiləsi üçün bir ədəd ultra yüksək tezlikli radiostansiya nəzərdə tutulub.[3]
- Platformanın və faydalı yükün optimal nisbəti
- Bir neçə faydalı yük götürə bilən böyük yük bölməsi
- Etibarlı püskürmə injektorlu mühərrik
- Dəqiq GPS naviqasiya sistemi
- GPS qadağan olunan zonalarda fəaliyyət göstərmək imkanı
- Pnevmatik katapult, hava yastığı və paraşüt
- İstiqamətli məlumat ötürulmə kanalları ilə dəstəklənən geniş diapazon
- Avtomatik rejimdə qalxma və enmə (ATOL sistemi)
- Avtonom uçuş rejiminin diapazonlu proqramları
- Rahat idarəolunan interfeys
- Uçuş təqlidtmə qurğusu
- Qısa dönmə radiusu
- Texniki xidmətin sadəliyi
- İnfraqırmızı və lazer sensorlardan əlavə "Aerostar" SAR radiolokasiya siqnallarının sintez stansiyası, ağıllı siqnal (SIGINT) və elektron kəşfiyyat kommunikasiya (COMINT) avadanlıqları ilə təchiz olunub.[3]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |