AEROZOL KATASTROF (FƏLAKƏT) – təbii (məs., vulkan püskürməsi) və ya süni (məs. böyük nüvə konflikti) səbəblər nəticəsində aerozolun miqdarının kəskin yüksəlməsi. Atmosferdə geniş aerozol zonasının yaranması atmosferin saflığını azaldır, bununla əlaqədar Yer səthinə düşən günəş radiasiyasını zəiflədir. Bu isə, öz növbəsində iqlimin (havanın) soyumasına, geniş ərazilərdə bitkilərin donmasına, heyvanların, insanların soyuqdan və aclıqdan kütləvi qırğınına səbəb olur. Aerozol katastrof şübhəsiz, keçmiş geoloji dövrlərdə baş vermişdir. O, nüvə müharibəsi olarsa da baş verə bilər.[1]