Afşin (pəhl. Pišīn) — Usruşana hakimlərinin irsi titulu. Ən məşhur nümayəndəsi Heydər Afşindir. İlk afşinlərin adı bizə məlum olmasa da Abbasilər dövrünün müasirləri olan afşinlərin müəyyən mənbələrdə adı çəkilir.
- Karakana — 794/795-ci ildə afşin (Harun ər-Rəşid dövrü)
- Kavus — Məmun dövrü
- Fəzl ibn Kavus — Afşinin qardaşı, atasının yerinə keçmişdi.
- Heydər ibn Kavus — Qardaşı Fəzlə məğlub olaraq Abbasilərə sığınmış, burada İslamı qəbul edib taxtını geri almışdır.