Cavadova Afaq Nəbi qızı (Afaq Nəbiqızı) — yazıçı.
Afaq Nəbiqızı | |
---|---|
Afaq Nəbi qızı Cavadova | |
Doğum tarixi | |
Doğum yeri | Ağcabədi, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (32 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsi |
Fəaliyyəti | yazıçı, pedaqoq |
İlk əsəri | "Acıbağırsaq" hekayəsi (1980) |
Afaq Nəbiqızı (Cavadova Afaq Nəbi qızı) 1950-ci il dekabrın 23-də Ağcabədi rayonunda anadan olmuşdur. Uşaq ikən ailəsi Beyləqan rayonuna köçmüşdür. Beyləqandakı 1 saylı şəhər orta məktəbi, 1975-ci ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Beyləqan 1 saylı şəhər və Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbində ədəbiyyat müəllimi işləmişdir. 1983-cü il mayın 6-da Bakıda vəfat etmişdir. Beyləqan rayonunda dəfn olunmuşdur. Aynur və Ülkər adında qızı, Məhəmməd, Yağmur və Afaq adlı nəvəsi var.
Afaq Nəbiqızının sağlığında dövri mətbuatda cəmi bir neçə hekayəsi dərc olunmuşdur. "Acıbağırsaq" adlı ilk hekayəsi 1980-ci ildə "Ədəbiyyat qəzeti"ndə işıq üzü görmüşdür. "Qeybdən gələn səslər" adlı ilk kitabı 1990-cı ildə (ölümündən sonra) nəşr olunmuşdur. Kitaba "Həmin sentyabr səhəri" adlı povest və müxtəlif mövzularda yazılmış hekayələr daxil edilmişdir.
A. Nəbiqızı kiçik yaşlı məktəblilər üçün də maraqlı əsərlər yazmışdır.