Afina xartiyası (fr. Charte d'Athènes) — Le Korbuzye tərəfindən tərtib olunmuş və 1933-cü ildə Afinada keçirilən CİAM-ın növbəti konqressində qəbul olunmuş şəhərsalma manifesti. Sənədin mətni daha əvvəllər dünyanın 33 böyük şəhərində aparılmış planlaşdırma və tikinti işlərində əldə edilən təcrübənin nəticələrinə əsasən öyrənilərək yaradılmışdır. Bunun nəticəsi meqapolislərin fəaliyyətlərinin dəyişdiyi tarixi şəraitdə şəhərsalmanın prinsip və məqsədlərinə əsaslı şəkildə diqqətin yönəlməsinə səbəb olmuşdur.[1]
Afina xartiyasının 111 bəndindən aşağıdakı ikisi daha vacibdir: