Aflatoksinlər

Aflatoksinlər — Aspergillus flavus, Aspergillus parasiticus və Aspergillus nomius kimi göbələk növləri tərəfindən sintez olunan mikotoksinlər.

Onlar bu göbələklərin qida və yemlərdə yayılmış ikincili metabolitləridirlər. Aflatoksinlər çox güclü toksik təsirə malik mikotoksinlədirlər. Aflatoksinlər içərisində ən güclü tokdsik təsirə malik olanları isə Aflatoksin B1 — dir.(AFB1) . Aflatoksin B1 heyvanların qaraciyərində metabolizə edilərək Aflatoksin M1, AFD1, AFQ, AFP1 kimi daha az activliyə malik toksinlərə çevrilirlər. Aflatoksinlərin toksigenlik sadalanması B1>G1>B2>G2 tarazlığındadır. Bütün aflatoksinlər içərisində ən activ və toksik olanı B1 — dir. Çünki , onun molekulyar quruluşu həm xərçəng , həm də mutasiya yarada bilmək üçün daha uyğun formaya malikdir. Aflatoksin B1 activ metabolitdir və bu DNT, RNT və proteinlərlə kovalent rabitə qurur. Kanserogenik təsir DNT ilə əlaqəli ortaya çıxır. Aflatoksinlərin əsas zərər verdiyi orqan qaraciyərdir. Ümumiyyətlə aflatoksinlər çox güclü təsirə malik olan kanserogenik maddələrdirlər.