Ahmet Kural (10 noyabr 1982[1], Kütahya) — Türkiyə aktyoru.
Əhməd Kural | |
---|---|
Doğum tarixi | 10 noyabr 1982[1] (41 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktyor, televiziya aktyoru |
Fəaliyyət illəri | 2007-ci ildən |
Təhsili | |
IMDb | ID2899002 |
Vikianbarda əlaqəli mediafayllar |
Ahmet Kural 10 noyabr 1982-ci ildə doğulmuşdur.Onun atası baş konstebl həmin vaxt şəhərdə işləyirdi. Kural aktyorluq ixtisası üzrə təhsil alan böyük bacısının təsiri ilə aktyor olmaq qərarına gəlib və orta məktəbdə teatrda işləməyə başlayıb. Səlcuq Universitetində radio, televiziya və kino fakültəsini bitirmiş, Bilkənd Universitetində magistr dərəcəsi almışdır. Müjdat Gezen Sənət Mərkəzində aktyorluq dərsləri də alıb.[2]
Təhsilini davam etdirərkən Levent Kırca-Oya Başar Tiyatrosu teatrına daxil olub. Teatr təhsili davam edərkən Fikrimin İnce Gülü serialında və TRT-də Evimin Erkeği serialında oynadığı rollarla televiziyada görünməyə başladı. Daha sonra Qazi serialında baş rolu oynamağa başladı, lakin reytinqi aşağı olduğu üçün serial 19-cu bölümdən sonra bitdi.[2][3] Elə həmin il “Güneşin Oğlu” filmində Haluk Bilginer, Köksal Engür, Hümeyra və Özgü Namalla birlikdə çəkilib. Daha sonra Ramazan Güzeldir serialının bir bölümündə rol aldı.[2]
2010-cu ildə Murat Cemcir ilə birlikdə Selçuk Aydemirin "Çalğı Çengi" filmində baş rolu canlandırıb. 28 iyun 2012-ci ildə Murat Cemcir və Sadi Celil Cengiz ilə baş rolları paylaşdığı məşhur komediya serialı İşler Güçler Star TV-də yayımlanmağa başladı.Məşhur komediya serialı "Kardeş Payı"ndan bəri Murat Cemcirlə birlikdə komediya filmlərində və seriallarda oynamağa davam edir.