Ailə: qan bağları (film, 2006)

Ailə: qan bağları (həmçinin Ailə kimi də tanınır) 2006-cı ildə Rajkumar Santoşinin rejissorluğu ilə çəkilmiş hind dilindəki triller filmidir. Filmdə baş rollarda Amitabh Bachchan, Akshay Kumar, Aryeman Ramsay və Bhumika Chawla yer almışdır. 13 yanvar 2006-cı ildə buraxılmışdır. Bu film, Aryeman Ramsinin filmdəki ilk baş rolu olmuşdur[2][3][4].

Ailə: qan bağları
hind फैमिली: खून के रिश्ते
Janr cinayət filmi[1], dram filmi[1], döyüş filmi, romantik film
Baş rollarda
İlk baxış tarixi 2006
Ölkə
Dil Hind dili
IMDb ID0437182

Süjet xətti[redaktə | mənbəni redaktə et]

Filmdə kriminal hadisələr mürəkkəb ailədaxili münasibətlərdən bəhs edir. Məşhur Amitabh Baççan güclü mafioz dəstənin qəddar xaç atası Viren Sahai obrazındadır. Təsadüfi hadisələr nəticəsində o faciənin səbəbkarına çevrilir. İtki baş verən aşbazın ailəsi intiqam almaq arzusu ilə yaşayır. İnsan münasibətləri artıq qisas üzərində qurulacaq, qan su yerinə axıdılacaq, ailə bağları boşalacaq, inam itəcək. Bu itkilərlə dolu ağır yolda Viren Sahai anlayacaq ki, sevgi var-dövlətdən daha dəyərlidir. Bu həyatda isə yalnız və yalnız ailə önəmlidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 http://www.imdb.com/title/tt0437182/.
  2. "Movie review: 'Family:Ties of Blood' starring Amitabh Bachchan, Akshay Kumar". 2022-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-12.
  3. "Don't visit this Family". 2022-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-12.
  4. "Family – Ties of Blood Review 1.5/5 | Family – Ties of Blood Movie Review | Family – Ties of Blood 2006 Public Review | Film Review". 2022-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-12.