Akşehir Ulu Məscidi — Akşehir Ulu Məscidi Akşehirdəki tarixi məsciddir.
Akşehir Ulu Məscidi | |
---|---|
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tikinti tarixi dəqiq olmasa da, minarənin üzərindəki yazıya görə minarənin tikilmə tarixi 1213-cü ildir. Minarə Əbu Səid İbrahim tərəfindən tikilmişdir.[1] Bu tarix Anadolu Səlcuqlu sultanı I İzzəddin Keykavus (1211–1220) dövrünə uyğun gəlir. Buna görə də məscid binası daha qədim olmalıdır. Məscid I Əlaəddin Keykubad dövründə (1220–1237) genişləndirilib. Keramika mehrab XV əsrdə əlavə edilib, şimal divarına bitişik olan fəvvarə və bulaq Osmanlı dövrü əlavələridir. Fəvvarənin üzərindəki yazıya görə, bu əlavələri 1811-ci ildə Cihanbəyli Yaralı Yusuf adlı şəxs tikdirmişdir.[2]
Məscid Konya vilayətinin Akşehir rayonunda Akşehir muzeyi ilə üzbəüz Dudukadın küçəsində və 38°21′22″ şm. e. 31°24′42″ ş. u. koordinatlarında yerləşir.[3].
Minarə istisna olmaqla, məscidin və həyətin ümumi sahəsi 1200 kvadratmetrdir. Şimal-şərqdəki minarənin sahəsi 4,8 kvadratmetrdir. Tikinti materialı kimi yonma daş və söküntü daşlarından istifadə edilmişdir.