Akademik sahibkar — elmi bilik və tədqiqat nəticələrini kommersiyalaşdırmaq və iqtisadi fayda yaratmaq məqsədilə biznes və ya innovativ layihələr yaradan alim və ya tədqiqatçı. Onlar universitetlərdə və ya tədqiqat institutlarında işləyərək, əldə etdikləri elmi kəşfləri və texnologiyaları startaplara və ya şirkətlərə çevirirlər.
XIX əsrin əvvəllərində elmi karyera, bugünkü sistemdən çox fərqli olaraq, universitet, əyalət və ya federal səviyyədən gələn çox az maliyyə və dəstək mənbəyinə malik idi. Belə ki, o dövrdə elmlərdə karyera qurmaq istəyənlər geoloji və təbiət tarixi tədqiqatları aparmaqla işə başlayıblar.[1] Bu tədqiqatlar həm əyalət, həm də federal hökumətlər tərəfindən maliyyələşdirilib və kimyaçılar, mineraloqlar və geoloqlar kimi peşəkarlar üçün müvəqqəti iş təklif edirdi. Bununla belə, işlər tamamlandıqdan sonra bu alimlərin çoxu işsiz qaldılar.
Akademik sahibkarlığın başlanğıcı İkinci Dünya müharibəsindən sonra müşahidə olunmağa başlayır. Bu dövrdə hökumətlər, xüsusən də ABŞ və Avropa ölkələri, universitetləri və tədqiqat institutlarını innovasiya və texnologiya inkişafına cəlb etməyə başladılar. Döyüş texnologiyaları və elm sahəsindəki inkişaflar dövlət-elm əməkdaşlığının önəmini vurğuladı və bir çox akademiklər öz tədqiqatlarını kommersiyalaşdırmaq üçün imkanlar axtardılar.