Akhisar Bələdiyyəspor (türk. Akhisar Belediye Gençlik ve Spor Kulübü) — 1970-ci ildə qurulan və Manisanın Akhisar ilçəsini təmsil edən Türk futbol klubudur. Akhisar 2011–2012 mövsümündə ikinci liqasını 1-ci olaraq bitirdikdən sonra, ilk dəfə Spor Toto Super Liqasına çıxmışdır.
Akhisar Bələdiyyəspor | ||||
---|---|---|---|---|
Ölkə | ||||
Ləqəb(lər) | Akigolar | |||
Rəng(lər) | Yaşıl-Qara | |||
Yaranma tarixi | 8 aprel 1970 | |||
Stadionu | Spor Toto Akhisar Stadionu | |||
Tutumu | 12.139 | |||
Prezidenti | Özay Alqan | |||
Baş məşqçisi | Şəntürk Qarabak | |||
Liqa | 3-cü Liqa | |||
2022/2023 | 14. | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Akhisar ilçəsində ilk futbol klubları 1920-ci ildə qurulmuş Türk Ocağı və 1924-cü ildə qurulmuş Gənclik SK idi.
1970-ci ilə qədər bir çox Akhisar komandası mövcüd idi və onlardan ən böyük 3-ü Gənclikspor, Günəşspor və Doğanspor idi. 1970-ci ildə yerli xalq vahid klub tələb edincə bu 3 klub birləşmiş və 8 aprel 1970-ci ildə Akhisar Bələdiyyəspor qurulmuşdur. Akhisar Bələdiyyəsporun ilk qurucuları isə Yılmaz Atabarut başçılığı altında, Vəli Erkmen, Yahya Şahin, Refik Demirel, Ahmet Cevdet Sıdal, Mustafa Kahramanlıoğlu, Nail Prese və Halil Boduroğlu idi. Bu 3 klub unudulmasın deyə Günəşspordan yaşıl rəngi, Gənclikspordan qara rəngi və Doğanspordan sarı rəngi klubun rəngləri oldu.
Yaşıl | Qara |
2012–2019
2010–2012, 2019–2021
1984–1994, 1995–2001, 2008–2010 2021–2022
2001–2008, 2022 —
1970–1984, 1994–1995
Futbol klubu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |