Çovdarov Akif Teymurxan oğlu (28 avqust 1952, Marneuli rayonu) — keçmiş MTN-nin general-mayoru.
Akif Çovdarov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 avqust 1952 (72 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Rütbəsi | general-mayor, əsgər |
Akif Çovdarov 1952-ci ilin 28 avqustunda Gürcüstanın Marneuli rayonunda anadan olub. 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu, 1986-cı ildə isə SSRİ DİN Akademiyasını bitirib.
Akif Çovdarova 2012-ci ilin martında general-mayor rütbəsi verilib.[1] O, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsində çalışmışdır.[2]
Akif Çovdarov 6 aprel 2020-ci ildə Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin əfv haqqındakı sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir.[3]
Azərbaycan Prezidentinin sərəncamı ilə 2020-ci ildə Akif Çovdarov general rütbəsindən və digər orden və medallardan məhrum edilib. Sözügedən sərəncama əsasən Akif Çovdarov general rütbəsindən birbaşa əsgər rütbəsinə endirilib.[4]