Akif Şahverdiyev

Akif Şahverdiyev (2 aprel 1959, İmişli rayonu2018, Bakı) — yazıçı, publisist.

Akif Şahverdiyev
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (59 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşaqları Qorqud, Xətai və Tomris
Fəaliyyəti publisist
  • 2 aprel 1959-cu il İmişli rayonunda fəhlə ailəsində anadan olub.
  • 1 sentyabr 1966-cı il İmişlirayon 1 saylı orta məktəbin birinci sinfinə gedib.
  • 18 iyun 1967-ci il Atası Bəşir Əsədulla oğlu Şahverdiyev 42 yaşında xərçəng xəstəliyindən vəfat edib.
  • 15 mart 1968-ci il Atasının vəfatından sonra ailəsi ilə birlikdə Beyləqan rayonuna köçmüçdür.
  • 1 sentyabr 1968-ci ildə Beyləqan rayonundakı 2 saylı orta məktəbdə təhsilini davam etdirmişdir.
  • 1971–1974-cü illərdə Rejissor Aqil Novruzovun Beyləqan rayon Xalq Teatrında tamaşaya qoyduğu "Nadir Şah", "Bəxtsiz cavan", "Dağılan tifaq" əsərlərində müxtəlif rolları ifa etmişdir.
  • fevral 1974-cü ildən Ümumtifaq Lelin Kommunist Gənclər İttifaqının (komsomolun) üzvü olub. Komsomol bileti N:18490104
  • 1 sentyabr 1974-cü il Sumqayıt şəhər 49 saylı OTPM-ə daxil olub.
  • Sentyabr 1974-cü il SSRİ Həmkarlar İttifaqına üzv qəbul olunub. Bilet N:00484410
  • 1977-ci ildə Rejissor Ağalar Mehdiyevin Sumqayıt şəhər 49 saylı OTPM-də hazırladığı "Kamança " (C. Məmmədquluzadə) pyesində erməni Baxşı rolunu ifa etmiş, elə həmin il peşə məktəbləri arasında keçirilən ümumrespublika müsabiqəsində 1-ci yeri tutmuşdur.
  • 21 fevral 1977-ci il SSRİ ÜİLKGİ-nin Mərkəzi Komitəsi və Ali Təhsil Nazirliyinin "Əla təhsilə görə" döş nişanı ilə təltif olunub.
  • 29 iyun 1977-ci ildə Əmək fəaliyyətinə başladığı Sumqayıt şəhərindəki Boru-yayma zavodunda adına əmək kitabçası yazılıb.
  • 23 iyul 1977-ci il Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi ona Sumqayıt şəhər 49 saylı Orta Texniki Peşə Məktəbində elektirik avadanlıqlarının təmiri üzrə elektrik montyoru peşəsi və orta təhsil almasını təsdiq edən Diplom vermişdir. Diplom N:826617
  • mart 1978-ci il Sumqayıt şəhər kimyaçıların S. Vurğun adına Mərkəzi mədəniyyət sarayında fəaliyyət göstərən Xalq Teatrında Qilyermə Fiqeyredonun "Ezop"3 pərdəli faciəsində
  • (rejissor Əlfəddin Rəhimxanov) "Ezop" rolunun ifasına görə respublika müsabiqəsində ("Teatr baharı-78")qalib olmuşdur.
  • 20 aprel 1978-ci il Sovet ordusu sıralarına hərbi xidmətə çağrılıb.
  • 11 may 1980-ci il Hərbi xidmətini başa vurub.
  • 9 iyun 1980-ci il Boru-yayma zavoduna, əvvəlki iş yerinə qayıdıb. Elektrik montyoru və çilingər peşələrində çalışıb.
  • 2 oktyabr 1981-ci il S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin hazırlıq şöbəsinə daxil olub.
  • 14 iyul 1982-ci il Sovet İttifaqı Kommunist Partiyası sıralarına qəbul olunub. Partiya bileti N:19147409
  • 28 avqust 1982-ci il S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. Tələbə bileti N JĞ 48/82
  • 17 noyabr 1983-cü il Azərbaycan respublikası Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin Mərkəzi Komitəsinin 173 saylı əmri ilə Boru-yayma zavodunun OADKYC-na sədr təyin edilib.
  • 22 iyul 1985-ci il Azərbaycan SSR "Bilik" Cəmiyyətinə üzv olmuşdur. Üzvlük bileti N:500/826
  • 1987-ci il Azərbaycan SSR OADKYC-ın VI Qurultayının nümayəndəsi olub. Mandat N:158
  • 13 aprel 1988-ci ildə Nikahın bağlanması haqqında şəhadətnamə almışdır. Şəhadətnamə N:429486
  • 15 avqust 1988-ci il S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Diplom RV N:040866
  • 29 oktyabr 1988-ci il Oğlu Qorqud anadan olub.
  • 30 dekabr 1989-cu il Ehtiyatda olan zabit kimi ona "leytenant" hərbi rütbəsi verilib. Bilet QL N:087775
  • 9 may 1990-cı il Oğlu Xətai anadan olub.
  • 11 fevral 1991-ci il 63 saylı seçki dairəsi üzrə XIX çağırış Sumqayıt şəhər Xalq Deputatları Sovetinə deputatlığa namizəd kimi qeydə alınıb.
  • 26 oktyabr 1991-ci il Azərbaycan Respublikası Sumqayıt şəhər "Dədə Qorqud" Ağsaqqallar Cəmiyətinin üzvü olmuşdur. Vəsiqə N:153
  • 8 mart 1992-ci ildə Qızı Tomris anadan olub.
  • 25 iyul 1992-ci il Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi xidmətə çağrılıb.
  • sentyabr 1992-ci il Azərbaycan Jurnalistlər Birliyinə üzv qəbul olunub. Üzvlük kartı N:545
  • 15 sentyabr 1992-ci ildən 9 iyun 1993-cü ilədək Milli Məclisin iclaslarında parlament müxbiri kimi iştirak etmişdir.
  • 28 may 1993-cü il Anası Gülnaz Hüseyn qızı Calalova 56 yaşında vəfat edib.
  • 18 sentyabr 1993-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 353/RM saylı əmri ilə ona "baş leytenant" hərbi rütbəsi verilmişdir.
  • 13 sentyabr 1994-cü il Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin "Xəzərin Keşiyində" qəzetinin baş redaktoru vəzifəsinə təyin olunub.
  • 4 yanvar 1996-cı il Müdafiə Nazirinin əmri ilə "Azərbaycan Ordusu" qəzetinin baş redaktor müavini vəzifəsinə təyin olunub.
  • 17 iyul 1996-cı il Azərbaycan Respublikası Müdafiə Nazirinin 0745 saylı əmri ilə ehtiyata tərxis olunmuşdur.
  • 25 oktyabr 1995-ci il "Azərittifaq" –Ovçuluq Cəmiyyətinə üzv olmuşdur. Bilet N:000270
  • 29 oktyabr 1996-cı il İşsizlik statusu alaraq Nəsimi rayon Əmək və Əhalinin Məşğulluq Mərkəzində qeydiyyatda olmuşdur. Vərəqə N:5098
  • 20 may 1997-ci il "Azdövyerqurlayihə" İnsitutunun "Yer" qəzetində korrektor vəzifəsində işə qəbul edilib. Baş redaktor: Canalı Mirzəliyev.
  • May-iyun 1998-ci ildə "Ana Vətən" qəzetində çalışıb. Baş redaktor: Salam Sarvan.(sonra Şərəf Cəlilli)
  • iyun 1998-ci il "Press Əks-Səda" qəzetinin redaktoru təyin olunub. Təsisçi: Nizami Şabanoğlu
  • 17 noyabr 1998-ci il İlk ("Ömrə sığmayan həyat") kitabı nəşr olunub.
  • 10 mart 1999-cu il "And" qəzetində redaktor vəzifəsinə təyin edilib. Təsisçi: Vaqif Həsənov.
  • 4 may 1999-cu il Nəsimi rayon Hərbi Komissarlığı ona Qarabağ Müharibə Veteranı Vəsiqəsi vermişdir. Vəsiqə M/V N:030019
  • 31 may 1999-cu ildən Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitunun dissertantıdır. Mövzusu: "1990–2000-ci illərdə Azərbaycanda ali təhsilin inkişaf yollarının pedaqoji mətbuatda əksi "
  • 1 oktyabr 1999-cu ildən 30 iyul 2001-ci ilədək "Naxçıvan" Universitetində müəllim vəzifəsinə təyin olunub. Jurnalistika fakültəsində dərs deyib.
  • 5 oktyabr 1999-cu ildən Cənubi Rusiya Humanitar İnstitutunda baş müəllim vəzifəsinə təyin olunub. Hüquq, iqtisadiyyat və tərcümə (linqvistika) fakültələrində dərs deyib.
  • Yanvar-may 2000-ci ildə "Ədəbiyyat" qəzetində çalışıb. Baş redaktor Ayaz Vəfalı.
  • sentyabr 2000-ci il "Ruhun harayı" adlı ikinci kitabı nəşr olunub.
  • Noyabr-dekabr 2000-ci ildə "Nyu-Media" qəzetinin redaktoru vəzifəsində çalışıb. Təsisçi: Vəcahət Salmanova.
  • 4 yanvar 2001-ci ildən "Sabah" qəzetinin redaktoru vəzifəsinə təyin olunub. Təsisçi: Şərif Kərimli.
  • 31 dekabr 2001-ci il Cənubi Rusiya Humanitar İnstitutunun (Rostov filialı) mətbuat xidməti rəhbəri seçilib. Vəsiqə N:05
  • 2 sentyabr 2002-ci ildən Bakı Ali Pedaqoji Qızlar Seminariyasının jurnalistika fakültəsində dərs deyib. Rektor:professor Ağarəhim Rəhimov.
  • 15 mart 2003-cü il Mətbuat Şurasının təsis qurultayının iştirakçısı.
  • 1 sentyabr 2003-cü il Odlar Yurdu Universitetinin hüquq və beynəlxalq münasibətlər fakültəsində jurnalistika ixtisası üzrə təhsil alan tələbələrə dərs deməyə başlayıb.
  • 24 aprel 2004-cü il Mətbuat Şurasının II Qurultayının iştirakçısı olub.
  • may 2004-cü il "Vüsala doğru" (Povestlər, hekayələr, şerlər) kitabı çap olunmuşdur.
  • 10 yanvar 2005-ci il Odlar Yurdu Universitetinin Elmi Şurasının qərarı ilə "Azərbaycan mətbuat tarixi" dərsliyini hazırlamaq Akif Şahverdiyevə həvalə olunmuşdur.(Elmi Şuranın sədri professor Əhməd Vəliyev).
  • 25 mart 2005-ci il Rusiya Federasiyasının Cənubi Rusiya Humanitar İnstitutunun Elmi Şurasının 25 mart 2005-ci il 415 saylı qərarı ilə həmin ali məktəbin sosial-humanitar intizam kafedrasının dosenti elmi adına layiq görülmüşdür. Diplom N:0501, Rostov şəhəri.
  • 21 may 2005-ci il Azərbaycan jurnalistlərinin (Mətbuat Şurasının) III Qurultayının iştirakçısı olub.
  • 15 sentyabr 2006-cı il Bakı Avrasiya Universitetində jurnalistika ixtisası üzrə təhsil alan tələbələrə dərs deməyə başlayıb.(Universitetin rektoru: professor Nazim Hüseynli)
  • may 2006-cı il "Azərbaycan mətbuatı tarixi" (Ali məktəblər üçün dərslik) adlı kitabı çap olunmuşdur.
  • 1 noyabr 2008-ci il Mədəniyyət və Turizim Nazirliyində mədəniyyətşünaslıq üzrə Elmi – Metodik Mərkəzin Maddi –mənəvi irs bölməsinin müdiri vəzifəsinə təyin edilib.
  • 1 sentyabr 2011-ci idən 17 avqust 2015-ci ilədək Qərb Universitetində jurnalistika ixtisası üzrə fənlərdən dərs demişdir.(Universitetin rektoru:dosent Z. Məmmədova)
  • 14 iyun 2018-ci il tarixində Xırdalan şəhər qəbiristanlığında dəfn edilmişdir.

Müəllifi olduğu kitablar

[redaktə | mənbəni redaktə et]
  1. Ömrə sığmayan həyat. Bakı-1988. 170 səhifə "Əbilov, Zeynalov və oğulları" mətbəəsi (Metodist müəllim Natiq Səfiyevin həyat və yaradıcılığına həsr olunmuş sənədli-bədii povest)
  2. Ruhun harayı. Bakı-2000. 96 səhifə. "Təbib" nəşriyyatı
  3. "Jurnalistikaya giriş" fənni üzrə proqram. Bakı-2003. 7 səhifə "Odlar Yurdu" nəşriyyatı
  4. "Azərbaycan mətbuatı tarixi" fənni üzrə proqram. Bakı-2003 .5 səhifə "Odlar Yurdu" nəşriyyatı
  5. Vüsala doğru (povestlər, hekayələr, şeirlər) Bakı-2004. 154 səhifə "Təhsil" nəşriyyatı
  6. "İxtisaslaşma-radio və televiziya" fənni üzrə proqram. Bakı-2005. 6 səhifə "Odlar Yurdu" nəşriyyatı
  7. "Radio və televiziyada ədəbi iş" fənni üzrə proqram. Bakı-2005 8 səhifə "Odlar Yurdu" nəşriyyatı
  8. Azərbaycan mətbuatı tarixi. Bakı-2006 252 səhifə "Təhsil" nəşriyyatı. Ali məktəb tələbələri üçün dərslik.(Azərbaycan Respublikası Təhsil Nazirliyinin 30.03.2006-cı il tarixli 181 saylı əmri ilə təsdiq edilmişdir)
  9. Söz qalası. (Deyimlər) Bakı-2013. 120 səhifə. "Təknur" nəşriyyatı
  10. Güzgü. (Deyimlər) Bakı-2016. 137 səhifə. "Təknur" nəşriyyatı

Fəxri mükafatları

[redaktə | mənbəni redaktə et]
  • Fəxri fərman — S. Vurğun adına Sumqayıt şəhər Mədəniyyət sarayında Xalq Teatrının üzvü kimi "Teatr baharı-78" Ümumrespublika müsabiqəsində qalib gəldiyinə görə.1978-ci il
  • Fəxri fərman –Hərbi xidmətindəki fiziki və hərbi hazırlığına görə. 1978-ci il
  • Fəxri fərman –İctimai işlərdə fəallığına görə. 29. X.1982-ci il
  • Fəxri fərman –Gənc nəslin tərbiyəsi yolunda göstərdiyi fəaliyyətinə görə. 18. II.1984-cü il
  • Fəxri fərman –Məktəblilərin düzgün tərbiyyəsi üçün göstərdiyi fəaliyyətə görə. 1985-ci il
  • Fəxri fərman –Ədəbi tədbirlərin hazırlanması və həyata keçirilməsində göstərdiyi fəaliyyətə görə. 20. VIII.1985-ci il
  • Fəxri fərman –Məktəblilərin düzgün tərbiyyəsi üçün göstərdiyi fəaliyyətə görə. 1986-cı il
  • Fəxri fərman –Vəzifəsini, layiqincə yerinə yetirdiyinə görə. 28. XI.1985-ci il
  • Fəxri fərman –Hami tərbiyəçi kimi Sumqayıt şəhərindəki 3,10,13,16 saylı məktəblərdə göstərdiyi fəaliyyətə görə. 5. II.1986-cı il
  • Fəxri fərman –Gənclər və yeniyetmələr arasında apardığı tərbiyəvi işlərə görə 4. III.1987-ci il
  • Fəxri fərman –İməclikdə fəal iştirakına görə. 26. VI.1987-ci il
  • Fəxri fərman –Orduya, Aviyasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin sədri kimi kütləvi müdafiə və hərbi vətənpərvərlik işini düzgün yerinə yetirdiyinə görə. 12. II.1987-ci il
  • Xatirə vəsiqəsi –Jurnalistlərin ümumrespublika yaradıcılıq müsabiqəsinin qalibi olduğuna görə. 20. I.1994-cü il
  • Fəxri fərman –İctimai işdə və vətənpərvərlik tərbiyəsində fəal iştirakına görə.1996-cı il
  • Sertifikat –bu sertifikat təsdiq edir ki, Akif Şahverdiyev BMT-nin İnkişaf Proqramının keçirdiyi "Yoxsulluq və AİDS" mövzusunda ən yaxşı jurnalist işi müsabiqəsinin həvəsləndirici mükafatı ilə təltif edilib. 7. XII.2001-ci il
  • Təşəkkür məktubu –Rusiya federasiyası, Rostov şəhəri, Cənubi Rusiya Humanitar İnstitutunun rektoru B. O. Piqulovskidən. 17. V.2004

Bədii yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1. Üzük (hekayə) "Üç nöqtə" qəzeti 16. I.2002
2. Qara sevda (hekayə) "Versiya" qəzeti 22. XI.2001
3. Sevgi oyunları (hekayədən parça) "Haqqın səsi" qəzeti 10. I.2001
4. Sevgi oyunları (hekayədən parça) "Haqqın səsi" qəzeti 20. II.2001
5. Qara pişik (hekayə) "And" qəzeti 19–26. I.1999
6. Qorxu (hekayə) "Xəzərin keşiyində" qəzeti 14. VIII.1993
7. Yerə düşmüş papaq (hekayə) "And" qəzeti 30. XII.1998
8. İmtahan (mənsur lirika) "Vaxt" qəzeti 15–21. I.2002
9. Həyat (hekayə) "Sosialist Sumqayıtı" qəzeti 17. VI.1989
10. Füzuli qəzəlinə təxmis "Metallurq" qəzeti 4. IV.1990
11. Dövran (şeir) "Metallurq" qəzeti 21. VI.1986
12. Bu bahar (şeir) "Metallurq" qəzeti 5. IX.1990
13. Dedim (şeir) "Metallurq" qəzeti 5. IX.1990
14. Keçər (şeir) "Metallurq" qəzeti 27. II.1989
15. Üç hikmət, üç həqiqət (şeir) "Metallurq" qəzeti 4. IV.1990
16. Xəcalət (hekayə) "Həqiqət" qəzeti 17. IX.2002
17. Fitrə qarı (hekayə) "Versiye" qəzeti 13. XII.2002
18. Natiq müəllimə (şeir) "Sabah" qəzeti 15. IV.2004
19. Vüsala doğru (povest) "Sabaha inam" qəzeti 4. III-5-IV.2004
20. Yerə düşmüş papağın hekayəti (hekayə) "Molla Nəsirəddin" satirik məcmuə N:2 IV.2003
21. Cavidin bir yaşı (şeir) "Açıq səma" qəzeti 12–19. VII.2005
22. Ay ana (şeir) "Sabaha inam" qəzeti 10–20. XII.2004
23. Sərxan əla oğuldur (şeir) "Sabaha inam" qəzeti 10–20. XII.2004
24. Gülxas xanıma (şeir) "Müstəqil Respublika" qəzeti 13. I.2006

Redaktorluq etdiyi xüsusi buraxılışlar

[redaktə | mənbəni redaktə et]

1. Eynulla Umudov "And" qəzetinin xüsusi buraxılışı, 1998-ci il.16 səhifə
2. Bəhlul Orucoğlu "And" qəzetinin xüsusi buraxılışı, 1999-cu il. 16 səhifə
3. Dədə Qorqud-1300 "Ad günü" qəzetinin xüsusi buraxılışı,1999-cu il 16 səhifə
4. Müqəddəs ziyarətgahlarımız "Nyu Media" qəzetinin xüsusi buraxılışı, 2000-ci il 16 səhifə
5. "Avrasiya məkanı" qəzeti N:1 Bakı Avrasiya Universitetinin xüsusi buraxılışı 27. XII.2006
6. "Əmlak və iqtqsadiyyat" Elmi, praktik və iqtisadi jurnal N1,2007 (Məsul katib)
7. "Güləş" İctimai-siyasi, publisistik jurnal N1,2008