Akif Bakıxanov (1933, Bakı – 2020, Bakı) — musiqiçi.
Akif Bakıxanov | |
---|---|
Bakıxanov Akif Məmmədxan oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Vəfat tarixi | 5 dekabr 2020-ci il |
Vəfat yeri | Bakı |
Dəfn yeri | Bakı |
Vətəndaşlığı | Azərbaycanlı |
Atası | Məmmədxan Bakıxanov |
Milliyyəti | Azərbaycanlı |
İxtisası | Skripka ifaçısı |
Təhsili |
|
Bakıxanov Akif Məmmədxan oğlu 1933-cü ildə Bakı şəhərində musiqiçi ailəsində anadan olub. Məşhur Bakıxanovlar ailəsinin yaxın dostu dahi bəstəkar Üzeyir Hacıbəyovun məsləhəti və təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, 1940-cı il) 10 illik musiqi məktəbinin skripka sinfinə qəbul olunur. Onun ixtisas müəllimi Üzeyir Hacıbəyovun dəvəti ilə Xarkov şəhərindən Bakıya gələrək, Azərbaycan Dövlət Konservatoriyasında skripka sinfi üzrə müəllim işləyən Nison İliç Simberov olub. Görkəmli incəsənət xadimlərimizdən Ə.Bədəlbəyli, C.Hacıyev, Ç.Hacıbəyov, Ə.Həsənov, T.Bakıxanov və başqaları onun yetirmələridir.
Akif Bakıxanov bir solist kimi görkəmli bəstəkar Qara Qarayevə həsr etdiyi viola ilə simfonik orkestr üçün "Konsert-vokaliz"i müvəffəqiyyətlə ifa edib və həmin ifa hazırda qızıl fondda saxlanılır.
A.Bakıxanov rus, Qərbi Avropa bəstəkarları ilə yanaşı, Azərbaycan bəstəkarlarının kamera-instrumental əsərlərini də ifaçılıq proqramına daxil edib. Tofiq Bakıxanovun viola və fortepiano üçün 1 saylı sonatasının və bəstəkarın "Elegiya" əsərinin ifaçısıdır.
1950-ci ildə o, Azərbaycan Dövlət Konservatoriyasına viola üzrə dosent Qrosmanın sinfinə təyin olunur və 1955-ci ildə oranı əla qiymətlərlə bitirir. Oxuduğu dövrdə müxtəlif proqramlarla tez-tez uğurlu çıxışları olur.
Akif Bakıxanov 57 ildir ki,Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Orkestrində işləyir. 35 il orkestrin Viola qrupunun konsertmeysteri vəzifəsində çalışıb. 1951-ci ildə həmin orkestrin baş dirijoru və bədii rəhbəri Moskva Konservatoriyasının professoru Leo Qinzburq tərəfindən orkestrin tərkibinə qəbul olunub. Sonralar Maestro Niyazinin rəhbərliyi ilə nəinki respublikada, eləcə də keçmiş SSRİ-nin bir çox respublikalarında, xarici ölkələrdə qastrol səfərlərində iştirak edib. Daha sonra maestro Rauf Abdullayevin rəhbərliyi ilə fəaliyyətini davam etdirib, xidmətlərinə görə respublikanın əməkdar artisti adına layiq görülüb, dəfələrlə respublikamızın və keçmiş SSRİ-nin bir sıra fəxri fərmanları və medalları ilə təltif olunub.
1955-ci ildən 1985-ci ilədək Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda və respublikanın bir neçə musiqi məktəblərində viola aləti üzrə ixtisas müəllimi kimi çalışıb. Akif Bakıxanov simfonik orkestrdə işlədiyi vaxtdan dünyanın bir çox ölkələrində – ABŞ, Fransa, Almaniya, Türkiyə, Avstriya, keçmiş sovet respublikalarında qastrol səfərində olub. Dünyanın görkəmli dirijorlarından M.Rostropoviç, L.Qiuzburq, Kondraşin, Zanderlinq, Maestro Niyazi və Rauf Abdullayevin rəhbərliyi ilə konsertlərdə iştirak edib.5 dekabr 2020-ci ildə Bakıda vəfat etmişdir.