Akif Mirzəyev (əməkdar artist)

Akif Mirzəyev (10 aprel 1944, Bakı) — Azərbaycan Respublikasının "Əməkdar artist"i (2011)[1].

Akif Mirzəyev
Doğum tarixi (80 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycan
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2011

Akif Mirzəyev 1944-cü il aprelin 10-da Bakı şəhərində anadan olub[1]. Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfində təhsil alıb. 1990-cı il 20 Yanvar faciəsinə həsr etdiyi matəm musiqisi olan "Yanvar mərsiyələri", Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Dahi Prezidentə xatirə duaları" adlı əsəri ABŞ, FransaAlmaniyada ifa olunub. Hazırda Alman Azərbaycan Forumunun mədəniyyət üzrə müşaviri, Fulda şəhərindəki Yohannesriş (Johannesrische) kilsəsində orqan ifacısıdır[1].

2011-ci il iyulun 4-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mədəniyyət, incəsənət sahəsindəki nailiyyətlərinə görə "Əməkdar artist" fəxri adına layiq görülüb[1].

  1. 1 2 3 4 "Azərbaycan dövləti tərəfindən təltif edilən diaspor nümayəndələri" (az.). olaylar.az. 18.03.2013 17:53. 2014-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-01.