Akif Nərimanov

Akif Nərimanov (Nərimanov Akif Əli oğlu; d. 10.10.1946, Gəncə şəhəri) — Azərbaycanlı alim, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycanın “Ali Attestasiya Komissiyası”nın eksperti, Azərbaycan Neftçi Geoloqları Cəmiyyətini yaradıcısı, SOCAR-ın "Azneft" İstehsalat Birliyinin Baş direktorunun müavini - Baş geoloq, SOCAR-ın Strateji İnkişaf üzrə Vitse-prezidentinin müşaviri vəzifələrində çalışmışdı[1][2].

Akif Nərimanov
Akif Əli oğlu Nərimanov
Doğum tarixi (78 yaş)
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi dərəcəsi Geologiya-mineralogiya elmləri doktoru
Alma-mater Azərbaycan Neft və Kimya İnstitutu, geoloji-kəşfiyyat fakültəsi
Mükafatları Amerika Geoloq-Neftçilər Assosiasiyası İcraiyyə Komitəsinin xüsusi mükafatı

1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsini dağ-mədən mühəndis-geoloqu ixtisası üzrə bitirmişdir. A.Ə.Nərimanov 1968 ildən 50 il ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) müxtəlif vəzifələrdə çalışmış, qazma köməkçisindən şirkətin “Azneft” İstehsalat Birliyinin Baş qeoloqu, ARDNŞ-nin Strateji İnkişaf üzrə vitse-prezidentinin müşaviri vəzifəsinə qədər yüksəlmişdir.

A.Ə.Nərimanov 1982-ci ildə namizədlik, 1990-cı ildə isə dokrorluq dissertasiyalarını Moskvada və Bakıdə müdafiə etmişdir.

Qazıma, neft hasilatı və geoloji-kəşfiyyat sahələrində çalışan zamanı qazanılan təcrübə onun “Kaspmorneft” və “Azneft” istehsalat birliklərində baş direktorun geologiya üzrə müavini vəzifəsində işləyərkən çox faydalı olub.

A.Ə.Nərimanovun respublikanın qabaqcıl sənaye birliyinin rəhbərlərindən biri kimi 19 illik fəaliyyətinin əyani məziyyətlərinə 1992-ci ildə onun rəhbərliyi ilə Azərbaycanda quruda köhnə neft yataqlarının bərpası üçün hazırlanmış xüsusi Proqram daxildir ki, bu da uzun illərdən sonra ilk dəfə olaraq 1993-cü ildə neft hasilatının sabitləşməsinə nail olmağa imkan vermişdir.

Bundan əlavə, şəxsən onun hazırladığı və sonradan təkmilləşdirilmiş “Günəşli” yatağının işlənməsinin optimallaşdırılması Proqramı neft hasilatının səviyyəsini sabitləşdirməyə və uzun müddət sabit saxlamağa imkan vermişdir. Nəticədə təsdiq edilmiş proqnozdan artıq 20 milyon tona yaxın neft hasil edilmişdir.

  • Amerika Geoloq-Neftçilər Assosiasiyası İcraiyyə Komitəsinin xüsusi mükafatı[3][4][5][6].

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. "AZƏRBAYCAN GEOLOQU" (PDF). AZƏRBAYCAN GEOLOQU. 2022.
  2. Məmmədli, İlqar. "Mezozoy nefti diqqət mərkəzindədir. Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin təşkil etdiyi seminarda Mezozoy neftinin axtarış problemləri haqqında geniş müzakirə aparılmışdır". AZƏRBAYCAN MİLLİ KİTABXANASI. 2011.
  3. "AZƏRBAYCANLI GEOLOQ AMERİKA GEOLOQ-NEFTÇİLƏR ASSOSİASİYASININ XÜSUSİ MÜKAFATINA LAYİQ GÖRÜLMÜŞDÜR". AZƏRTAC. 25.09.2008.
  4. "АЗЕРБАЙДЖАНСКИЙ ГЕОЛОГ УДОСТОЕН СПЕЦИАЛЬНОЙ ПРЕМИИ АМЕРИКАНСКОЙ АССОЦИАЦИИ ГЕОЛОГОВ-НЕФТЯНИКОВ". AZƏRTAC. 25.09.2008.
  5. "Азербайджанский геолог удостоен специальной премии Американской ассоциации геологов-нефтяников". 1news.az (rus). İstifadə tarixi: 2024-01-22.
  6. "GEOnews - Азербайджан. Главный геолог ПО «Азнефть» удостоен спецпремии Американской ассоциации геологов-нефтяников". geonews.com.ua. 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-22.