Akim Muxtarlı

Akim Muxtarlı – (10 sentyabr 1949, Sisian, Ermənistan SSR — 26 may 2017, Bakı, Azərbaycan) Cərrah-travmatoloq,tibb elmləri üzrə fəlsəfə doktoru.

Akim Muxtarlı
Akim Xeyrulla oğlu Muxtarlı
Doğum tarixi
Doğum yeri Comərdli kəndi, Sisyan, Qərbi Azərbaycan, Ermənistan SSR
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi Tibb
Elmi dərəcəsi Tibb elmləri üzrə fəlsəfə doktoru
Elmi adı Cərrah-travmatoloq
İş yeri Azərbaycan Tibb Universiteti
Təhsili N.Nərimanov adına Azərbaycan Tibb Universiteti

Həyatı və Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Akim Muxtarlı 10 sentyabr 1949-cu ildə Qərbi Azərbaycanın Sisian (keçmiş Qarakilsə) şəhərinin Comərdli kəndində anadan olub. 1976-cı ildə N.Nərimanov adına ADTU-i Uşaq cərrahı ixtisası ilə bitirmişdir. İlk əvvəl Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında uşaq cərrahı, Bakı-Almaniya hərbi hospitalında cərrah-travmatoloq, Bakıda Tibb Universitetinin M.Nağıyev adına Təcili tibbi yardım xəstəxanasında cərrahı xəstəliklər kafedrasında müəllim cərrah və İran İslam Respublikasında cərrah-travmatoloq və ginekoloq vəzifələrində çalışmışdır.

Akim Muxtarlı Azərbaycan tibb sahəsinə yeni üsullarını gətirərək yeniliklər etmişdir. Özü tərəfindən ixtira edilmiş, dünyada bərabəri olmayan, ultra səs aparatı vasitəsi ilə bir çox xəstəliklər — o cümlədən öd daşları, mədə xorası, bağırsaq xəstəlikləri, hemikoloektamiya, çat, siviş, uşağlığın fibroması, borunun və yumurtalığların xəstəlikləri, kriptarxizm, sünnət, bədxassəli şişlər, dəbəliklər, uşaq serebral iflici, mioteapiya ,meningit, onurğa, oynaq ağrıları və s. kimi xəstəliklərin müalicəsi təmin edilmişdir. Akim Muxtarlının müalicə metodları əsasən xalq təbabətində bitkilərdən alınan dəmləmələri,lasiyonlar,antiseptiklər, arı məhsullarına, gümüş suyuna əsaslanırdı. Alimin elmi işləri, elmi təqdiqatları və müalicə üsulları İran, Rusiya, Türkiyə, Amerika, Almaniya, İsrail və başqa ölkələrdə böyük maraqla qarşılanmışdır. O, dəfələrlə ölkəmizdə və xarici ölkələrdə elmi-konfranslarda iştirak etmiş, bir sıra xəstəxanalar və elmi instutlarla əməkdaşlıq etmişdir.

40 ildən artıq elmi və praktiki təcrübəsi olan Tibb Elmlər Namizədi və Fəlsəfə üzrə Tibb Elmləri Doktoru Akim Muxtarlı 26 may 2017-ci ildə 67 yaşında Bakı şəhərində vəfat etmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]