Akineziya — iflic, oynaqların hərəkətsizliyi (ankiloz), yaxud ağrı nəticəsində iradi hərəkətlərin mümkün olmaması.[1] Psixogen xarakterli akineziya isteriya, psixasteniya və s. xəstəliklərin də əlaməti ola bilər.[2] Spermatozoaların motor funksiyasının pozulması (nekrospermiya) hallarında bu termindən istifadə etmək mümkündür.[3]