Akklimatizasiya

Akklimatizasiya — (iqlimləşdirmə) (latın. "a" — yönlük. sözönlüyü; yunan. "klima" iqlim) orqanizmlərin yeni yaşayış şəraitinə uyğunlaşdırılması prosesi. Akklimatizasiya təsərüfat təcrübəsində ən çox bitki və heyvanların yayılması ilə əlaqədardır. Heyvanların yeni biosenozlara (ərazilərə, regionlara və s.) iqlimləşdirərkən, iqlimləşən formanın eyni qida ilə qidalanan orqanizmlərlə rəqabət təşkil etməsi, müəyyən yırtıcılar tərəfindən məhv edilməsi, yaxud xəstəliklərə tutulması gözlənilə bilər. Heyvanların iqlimləşdirilməsində qida, iqlim şəraiti , torpaq və s. mühüm rol oynayır. Ölkəmizdə bir çox qiymətli, ov, sənaye əhəmiyyətli heyvanların və kənd təsərrüfatı bitkilərinin iqlimləşdirilməsi sahəsində xeyli işlər görülmüşdür.