Akkomodasiya (dilçilik)

Akkomodasiya və ya samitlərlə saitlərin uyuşması — Bu hadisə assimilyasiya hadisəsinə oxşardır. Fərqi isə, bu hadisə saitlərlə samitlər arasında baş verir. Al, əl, ol, öl sözlərində l samiti dörd çalarda tələffüz edilir. Saitin keyfiyyəti samitə təsir edir, onu öz məxrəcinə çəkir. Örtülü-qapalı sözlərdə bu təsir söz əvvəlində də hiss olunur. Bal və bil sözlərində l samiti qalın və incə çalarlığa malik olduğu kimi, sözün əvvəlindəki b samiti də a saitinin təsiri altında, nisbətən, dil arxasında, i saitinin təsiri altında isə dil önündə deyilir.[1]

  1. Məhəmməd Məmmədov. Dilçiliyə giriş. Samitlərlə saitlərin uyuşması Bakı-2017 səh. 86