Akritas burnu

Akritas (yun. Ακρωτήριο Ακρίτας) — Yunanıstanda, Peloponnes yarımadasının cənub-şərq qutaracağı və Messeniyanın cənub ucunu təşkil edən burun. Peloponnesenin cənub hissəsində Lıkodimon dağının cənub tərəfində meydana gəlmişdir. Peloponnes perferiyasının Messinya periferik vahidliyində, Pilos-Nestor cəmiyyətində, Koronidən 7 mil və Kalamatadan 21.5 mil məsafədə yerləşir. Bitki örtüyündən məhrumdur və İnuse və Avqo qayalı adaları ilə əhatə olunmuşdur.

Akritas burnu
Yerləşməsi
36°43′05″ şm. e. 21°52′38″ ş. u.
Akvatoriya İon dənizi
Ölkə  Yunanıstan
Akritas burnu xəritədə
Akritas burnu
Akritas burnu

Qərbdən İon dənizinə aid olan Mesiniakos körfəzinə girişi məhdudlaşdırır. Tenaron burnu isə onu şərqdən əhatələyir.

Qərbdən yüksək məsuldarlığı ilə seçilən Makariya adlandırılan düzənliklə həmsərhəddir. Düzənlik Pamisos çayı ilə suvarılır.

Strabon Akrit və Pavsani isə onu Akrita kimi qeyd etdir. 19-cu əsrdə ona Qallo deyilirdi.

İnuse adaları ilə birlikdə Akritas burnu Natura 2000 ekoloji şəbəkəsinin bir hissəsidir[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "GR2550003". Natura 2000 (ingilis). European Environment Agency. 2019-03-15. 2020-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-06.