Aksept krediti

Aksept krediti (Acceptance credit) — Bank tərəfindən müəyyən komissiya haqqı müqabilində alıcı və ya satıcının verdiyi köçürmə vekselin akseptləşdirilməsi qaydasında kredit təqdim edilməsi. Bu prosesdə bank müəyyən mənada kreditor qismində çıxış etsə də, əvvəlcədən kredit məbləğini təqdim etmir və aksept əməliyyatına öz vəsaitini qoymur, yalnız, ödəniş müddəti çatdıqda veksel üzrə ödənişi həyata keçirməyi öhdəsinə götürür. Məhz, bu cəhət aksept kreditini kommersiya kreditindən fərqləndirir. Xarici ticarət əməliyyatları üçün xarakterik olan belə sövdələşmədə rəsmi kreditor kimi satıcı çıxış edir, akseptin olması isə onun üçün satış prosesini və ya vekselin uçotunu asanlaşdırır.[1]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, "NURLAR" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2010, s.15