Aktual

Aktual [alm. Aktuell; fr. Actual; osm. tr. bilfiil; tr. Güncel; ər. فع actualis – bacarıqlı] - içərisində olduğumuz zaman kəsiyi üçün bir mənası, əhəmiyyəti olan, danışılan anda ortaya çıxan, yaxud da var olan deməkdir. Sözün kökünə hərəkətin tərzini bildir – al şəkilçisi artı-rılmışdır. Aktual sözü azərbaycan dilində müxtəlif anlamlarda işlənməktədir. Belə ki, hər hansı bir hal və hərəkətin, yaxud şeyin lazım-lılıq, vaciblik dərəcəsini bildirmək üçün işlədilir. Yaxud da həqiqi olan, təsirli olan və ya ola bilən vəziyyətdə olmaq deməkdir.

1)zamana görə vacib, yetişmiş, tələb olunan mövzu; 2)hazırkı zaman üçün ən vacib, ən mühüm, zəruri – yetişmiş, həllini tələb edən iş; 3)nəyinsə verilmiş anda – indiki zamanda vacibliyi, mühümlüyü. Məsələn, aktual məsələ, aktual mövzu.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Adilə Nəzərova, “Fəlsəfə terminlərinin izahlı lüğəti”

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.